Çavuşoğlu: Türkiyə F-16 tədarükü ilə bağlı məsələnin müsbət həllinə ümid edir04 İyul 2022, 12:38 (GMT +4) Bakı, 4 iyul, SalamNews . Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu ABŞ-ın Ankaraya F-16 döyüş təyyarələrinin satışı ilə bağlı müsbət qərarına ümid etdiyini bildirib.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə o, bazar ertəsi "NTV" telekanalının efirində məlumat verib.
"Türkiyə hazırda F-16 məsələsində mənfi mənzərə görmür", deyə nazir qeyd edib.
ABŞ prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra ABŞ-ın Türkiyəyə F-16 qırıcıları satmalı və onları modernləşdirməli olduğunu söyləyib. İyunun 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan F-16 qırıcılarının tədarükü ilə bağlı məsələni həll etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcəyini açıqlayıb.
|