Volodin: NATO bazalarının yerləşdirilməsi Finlandiya və İsveçi qorumayacaq04 İyul 2022, 14:04 (GMT +4) Bakı, 4 iyul, SalamNews . Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, NATO bazalarının yerləşdirilməsi nə Finlandiyanı, nə də İsveçi müdafiə edəcək, əksinə, hərbi infrastrukturun yerləşəcəyi şəhərlərin sakinlərini təhlükə altına salacaq.
SalamNews "RT"yə istinadən xəbər verir ki, bu barədə Volodin özünün "Telegram" kanalında yazıb.
Volodin Finlandiyanın Lappeenranta şəhər rəhbərliyinin Şimali Atlantika Alyansının bazasına ev sahibliyi etmək təklifini şərh edib.
Spiker bəyan edib ki, “hərbi əməliyyatlar başlanmayarkən zərbələr ilk növbədə düşmənin hərbi infrastrukturuna endirilir”.
"NATO bazalarının yerləşdirilməsi Finlandiyanı və İsveçi müdafiə etməəcək", deyə Volodin bildirib.
Rusiya parlamentinin aşağı palatasının sədrinin sözlərinə görə, bu, “hərbi infrastrukturun yerləşəcəyi şəhərlərin sakinlərini təhlükə altına salacaq”.
|