İran Çin bazarını əldən verməmək üçün bu ölkəyə satdığı neftin qiymətini 10 dollar aşağı salıb - KİV04 İyul 2022, 13:29 (GMT +4) Bakı, 4 iyul, SalamNews, B.Samid. İran Rusiya neftinin Çinə idxalının artması fonunda bu ölkə bazarında olan mövqeyini əldə verməmək üçün burdakı şirkətlərə satdığı neftin qiymətini daha da ucuzlaşdırıb.
SalamNews xəbər verir ki, bu barədə Blomberg məlumat yayıb.
Bildirilib ki, aparılan müşahidələr bunu deməyə əsas verir ki, İran son ayda Çinə satdığı neftin qiymətini daha da ucuzlaşdırıb. Bundan məqsəd Rusiyadan idxal edilən neftə görə İranın Çin bazarında mövqeyinin zəifləməsinin qarşısını almaqdır.
Qeyd edilib ki, İran may ayında Çinə günə orta hesabla 700 min barel neft satıb və son ayda hər bareldə 10 dollar endirim edib. Halbu ki bundan öncə Çin şirkətlərinə yalnız 5-6 dollar endirim edirdi.
Blomberg bildirir ki, Çin şirkətləri endirimli neftə görə sanksiyalardan irəli gələ biləcək maddi ziyanları görməzdən gəlirlər.
|