Reuters: Roma Papası Kanadaya səfərindən sonra Moskva və Kiyevə səfər etmək istədiyini deyib04 İyul 2022, 15:10 (GMT +4) Bakı, 4 iyul, SalamNews. Roma Papası Fransisk iyulun 24-dən 30-dək Kanadaya planlaşdırılan səfərdən sonra Moskva və Kiyevə səfər etmək istədiyini bildirib.
SalamNews "RT"yə istinadən xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə məlumat verib.
"Mən Ukraynaya getmək istərdim, əvvəlcə Moskvaya getmək istərdim. Bununla bağlı məlumat mübadiləsi aparılır" deyə pontifik vurğulayıb.
Onun sözlərinə görə, Vatikan ilk dəfə bir neçə ay əvvəl səfərin mümkünlüyü barədə soruşanda, Moskvada cavab verdilər ki, hələ ki səfər üçün uyğun vaxt deyil.
|