Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb04 İyul 2022, 14:00 (GMT +4) Bakı, 4 iyul, SalamNews. Bakının Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində avtomobillərin sıxlığı yaranıb.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, Neftçilər prospektində Kukla teatrının qarşısında aparılan təmir-qazıntı işləri Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində sıxlığa səbəb olub.
|