Peskov: Qaraqalpaqstanda baş verənlər Özbəkistanın daxili işidir04 İyul 2022, 14:10 (GMT +4) Bakı, 4 iyul, SalamNews .Qaraqalpaqıstandakı vəziyyət Özbəkistanın daxili işidir.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Özbəkistan bizim müttəfiqimiz, dost və çox vacib tərəfdaşımızdır. Özbəkistanda baş verən hər şey bu ölkənin daxili işidir", deyə Kremlin sözçüsü bildirib.
Peskovun sözlərinə görə, Rusiya Federasiyası “Özbəkistan rəhbərliyinin aktiv fəaliyyəti ilə bütün mövcud problemlərin həll olunacağına” şübhə etmir.
|