Lukaşenko ABŞ xalqını fikir ayrılıqlarını unutmağa dəvət edib04 İyul 2022, 17:17 (GMT +4) Bakı, 4 iyul, SalamNews . Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus xalqı və şəxsən öz adından ABŞ xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
SalamNews xəbər verir ki, bu barədə "BELTA Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Bu bayram günündə mən bütün amerikalılara rifah səviyyəsindən və dəri rəngindən asılı olmayaraq, hamının başa düşdüyü və bütün insanları birləşdirən sadə şeylər arzulayıram: cansağlığı, sülh, sabitlik və daha yaxşı gələcəyə inam. Bu, yalnız bizim birlikdə səylərimiz sayəsində mümkün olacaq", deyə prezident vurğulayıb.
Lukaşenka vurğulayıb ki, ailələri, cəmiyyətləri, bütöv qitələri parçalayan fikir ayrılıqlarını unutmaq, bugünkü çox həyəcanlı və təhlükəli vəziyyətdən çıxış yolu tapmaq üçün səyləri birləşdirmək lazımdır.
|