Putin hərbçiləri “LXR”in azad edilməsi münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb04 İyul 2022, 16:20 (GMT +4) Bakı, 4 iyul, SalamNews . Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının və Luqansk “Xalq Respublikası”nın (LXR) hərbçilərini “LXR”in azad edilməsi münasibətilə təbrik edib, onlara təşəkkür edib və uğurlar arzulayıb.
SalamNews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Təbriklərim və minnətdarlıq sözlərim tamamilə "LXR" Xalq Milisinin ikinci ordu korpusunun döyüşçülərinə də aiddir. Onu da bilirəm ki, onlar fəal, səriştəli fəaliyyət nümayiş etdirib, sözün əsl mənasında şücaət və qəhrəmanlıq sərgiləyib, doğma torpağın işğaldan azad edilməsində qəhrəmanlıq göstəriblər. Hamınızı təbrik edirəm və uğurlarınızın davamlı olmasını arzulayıram. Təşəkkür edirəm!", deyə dövlət başçısı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
|