"Mançester Siti" İngiltərə millisinin üzvü ilə 48 milyon avroluq müqavilə imzalayıb04 İyul 2022, 16:11 (GMT +4) Bakı, 4 iyul, SalamNews, R.Nadirli. “Mançester Siti" "Lids"in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etdiyini açıqlayıb.
SalamNews xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə millisinin üzvü "şəhərlilər"ə 48,7 milyon avroya başa gəlib. Müqavilə 6 il müddətinə imzalanıb. Kalvin yeni klubunda 4 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, 2014-cü ildən "Lids"də çıxış edən futbolçu ümumilikdə 233 oyuna 13 qol vurub, 14 məhsuldar ötürmə edib.
|