Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşulub

04 İyul 2022, 16:49 (GMT +4)

Bakı,4 iyul, SalamNews. “Nar” KSM istiqamətində gördüyü işləri yeni mərhələyə qaldıraraq dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşuldu. 

“Nar”ın icraçı direktoru Qunnar Pankenin SalamNews-a bildirdiyinə görə, BMT-nin Qlobal Sazişində iştirak etməklə “Nar” sosial, iqtisadiyyat və insan rifahı üzrə korporativ məsuliyyətini daha da sistemləşdirməyi hədəfləyir. “Uzun illərdir ki, davamlı inkişaf və məsuliyyət prinsipini rəhbər tutan bir şirkət olaraq BMT Qlobal Sazişinin bir hissəsi olmaqdan qürur duyuruq. Cəmiyyətə faydalı olmaq üçün etdiyimiz KSM layihələr ilə daha yaxşı gələcəyə öncüllük edəcəyimizə inanırıq. Bu sazişə qoşulmağımız da yolumuza sadiqliyin nümunəsidir”, - deyə o qeyd edib. 

“Azərbaycan cəmiyyəti getdikcə qlobal davamlılığa ümumi prioritet kimi yanaşır və bu yanaşma cəmiyyətin bütün kəsimlərini - fərdi, ailə, dövlət və  müxtəlif ölçülü biznesləri və sənaye müəssisələrini əhatə edir. "Azerfon" şirkətinin BMT-nin Qlobal Sazişi üzrə öhdəlikləri buna əyani sübutdur. Bunlar hələ qarşıda duran mühüm hədəflər olduğundan, mən əminəm ki, “Nar”, onun rəhbərliyi və bütün şirkət əməkdaşları Azərbaycanda korporativ davamlılığın nümunəvi şəkildə formalaşması və təşviqində aparıcı mövqe tutacaq”, - deyə BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.

Qeyd edək ki, BMT Qlobal Sazişinin 10 prinsipini KSM strategiyasına, əmək siyasətinə və müxtəlif prosedurlarına tətbiq etməklə bu sazişə qoşulan şirkətlər cəmiyyət və planet qarşısında məsuliyyətlərini qoruyurlar. “Nar” üçün Qlobal Sazişin dayanıqlı inkişaf prinsiplərinin ən önəmli maddələrindən olan insan hüquqları, əmək və ətraf mühit sahəsində öhdəliyi xüsusi əhəmiyyət kəsb edir. BMT Qlobal Sazişində Azərbaycanı təmsil edən ilk telekommunikasiya şirkəti olaraq, “Nar” təhsilin inkişafına dəstək, işçilər üçün rahat əmək şəraitinin yaradılması, gender bərabərliyi istiqamətində layihələrə dəstək verilməsinə fokuslanır. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

BMT Qlobal Sazişi 2000-ci ildən fəaliyyətə başlayan, 160-dan çox ölkədə yerləşən 13000-dən çox şirkət, 3800 qeyri-biznes tərəfdaşı və 69 yerli şəbəkə ilə dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsüdür.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Avqust 2022, 08:51 (GMT +4)
Məhərrəm ayının 16-cı gününün tarixi hadisələri

14 Avqust 2022, 02:00 (GMT +4)
Güləşçilərimiz İslamiadanı 23 medalla başa vurub

14 Avqust 2022, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" minimal hesabla uduzub

14 Avqust 2022, 00:21 (GMT +4)
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə darmadağın olub

13 Avqust 2022, 23:03 (GMT +4)
İslamiada: Kişi voleybolçulardan ibarət millimiz Mərakeşə qalib gəlib

13 Avqust 2022, 22:30 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt"ı, "Turan Tovuz" "Səbail"i məğlub edib

13 Avqust 2022, 21:49 (GMT +4)
Bədii gimnastika komandamız İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

13 Avqust 2022, 21:25 (GMT +4)
Daha bir güləşçimiz İslamiadanın qalibi olub

13 Avqust 2022, 17:00 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları barədə maarifləndirmə tədbirləri keçirilib

13 Avqust 2022, 16:50 (GMT +4)
Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

13 Avqust 2022, 16:42 (GMT +4)
Ravin Alməmmədov yeni rekordla Avropa çempionu olub

13 Avqust 2022, 16:37 (GMT +4)
İran Aralıq dənizində oğurlanmış neftini geri alıb

13 Avqust 2022, 16:34 (GMT +4)
İslamiada: Həndbol millimiz finala çıxıb

13 Avqust 2022, 16:32 (GMT +4)
Polis küçə ticarəti, avara və dilənçiliklə məşğul olanlarla bağlı nəzarət tədbirləri keçirib

13 Avqust 2022, 16:20 (GMT +4)
Beş boksçumuz Millətlər Kubokunda yarımfinala yüksəlib

13 Avqust 2022, 16:18 (GMT +4)
Nazirlik: Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb

13 Avqust 2022, 16:08 (GMT +4)
Rusiya Ukraynada keçirilən əməliyyat təcrübəsini nəzərə alaraq yeni PDM hazırlayır

13 Avqust 2022, 16:07 (GMT +4)
PSJ futbolçusunu 20 milyon avroya satıb

13 Avqust 2022, 15:50 (GMT +4)
Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub

13 Avqust 2022, 15:38 (GMT +4)
ABŞ-da Baydenin Rusiyanı dövlət çevrilişinə aparmaq istəyini açıqlayıblar

13 Avqust 2022, 15:29 (GMT +4)
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

13 Avqust 2022, 15:27 (GMT +4)
Kabildə dövlət idarəsi qarşısında partlayış törədilib, yaralananlar var

13 Avqust 2022, 15:20 (GMT +4)
Qəbələdə avtomobillər toqquşub, ölən var

13 Avqust 2022, 15:08 (GMT +4)
MN: Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib (VİDEO)

13 Avqust 2022, 14:58 (GMT +4)
Tramp iddia edir ki, onun malikanəsində tapılan sənədlərin məxfiliyi pozulub 

13 Avqust 2022, 14:55 (GMT +4)
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

13 Avqust 2022, 14:52 (GMT +4)
TƏBİB Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı məlumat yayıb

13 Avqust 2022, 14:41 (GMT +4)
SANA: ABŞ qüvvələri son gündə neftlə dolu 89 maşını Suriyadan çıxarıb

13 Avqust 2022, 14:34 (GMT +4)
Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

13 Avqust 2022, 14:22 (GMT +4)
Xəzər dənizində bir nəfər batıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66