"Zirə" nigeriyalı yarımmüdafiəçi ilə yolları ayırıb04 İyul 2022, 16:59 (GMT +4) Bakı, 4 iyul, SalamNews, R.Nadirli. "Zirə" Ahmed Ayzaya ilə yollarını ayırıb.
SalamNews klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə klubu nigeriyalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
26 yaşlı futbolçu bu ilin yanvar ayında "Zirə" ilə 1,5 illik müqavilə imzalamışdı.
|