Bərdə polisinə yeni rəis müavini təyin edilib05 İyul 2022, 17:10 (GMT +4) Bakı, 5 iyul, SalamNews. Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
SalamNews-un xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis baş-leytenantı Namiq Novruzov Bərdə Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, N.Novruzov indiyədək Ağcabədi RPŞ-də digər vəzifədə çalışırdı.
|