Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib

05 İyul 2022, 17:40 (GMT +4)

Bakı, 5 iyul, SalamNews. Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən SalamNews-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin onlayn yolla satışı ilə məşğul olan Sadiq Kərimov saxlanılıb. Onun üzərindən 100 qram heroin və metamfetamin aşkar edilib. Bu şəxs izahatında narkotikləri sosial şəbəkələrdə satmaq məqsədi ilə tanışı Gülərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs, yəni, Gülər Abdullayeva da tutularaq istintaqa təqdim edilib. Onun Binəqədi və Nizami rayonlarında kirayə yaşadığı evlərdən isə 500 qrama yaxın heroin, marixuana və metamfetamin aşkar olunub. Gülər Abdullayeva izahatında narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından aldığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər silsilə əməliyyatlar zamanı son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər uğurlu əməliyyat zaman Binəqədi rayonunda iki nəfərə qarşı kəsici alətdən istifadə etməklə quldurluq edən və zərərçəkənlərin mobil telefonlarını, eləcə də pulunu alan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Məhəmməd İmanov, Fəyyaz Yarıyev və İlkin Eldaroğlu tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslər ifadələrində etdikləri cinayətləri etiraf ediblər. Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam edirilir. Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Avqust 2022, 07:55 (GMT +4)
Məhərrəm ayının 13-cü gününün tarixi hadisələri

10 Avqust 2022, 20:02 (GMT +4)
Hacı Əliyev və Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub

10 Avqust 2022, 19:47 (GMT +4)
İki güləşçimiz Konyada medal qazanıb

10 Avqust 2022, 19:12 (GMT +4)
İslamiada: Patimat Abakarova bürünc medala sahib çıxıb

10 Avqust 2022, 18:39 (GMT +4)
Millətlər Liqasını qələbə ilə başa vurmaq istəyirik - De Byazi

10 Avqust 2022, 18:24 (GMT +4)
İslamiada: Həndbol millimiz Türkiyəyə məğlub olub

10 Avqust 2022, 17:58 (GMT +4)
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

10 Avqust 2022, 17:48 (GMT +4)
Bank kartlarından pul talayan dəstə üzvləri saxlanıb

10 Avqust 2022, 17:45 (GMT +4)
Rusiyada mart ayından bəri COVID-19-a maksimum yoluxma faktı aşkarlanıb

10 Avqust 2022, 17:38 (GMT +4)
Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

10 Avqust 2022, 17:28 (GMT +4)
Bu ilin 6 ayında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə 73 mindən çox tibbi xidmət göstərilib

10 Avqust 2022, 17:20 (GMT +4)
Ermənilər Çempionlar Liqası matçında təxribata əl atıb

10 Avqust 2022, 17:18 (GMT +4)
Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

10 Avqust 2022, 17:08 (GMT +4)
CNN: Rusiya qüvvələrinə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etmək üçün təlimlər başlayıb

10 Avqust 2022, 17:05 (GMT +4)
Slovakiyanın keçmiş baş naziri: Rusiyaya qarşı sanksiyalar ölkəyə ziyan vurur

10 Avqust 2022, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

10 Avqust 2022, 16:49 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10 Avqust 2022, 16:39 (GMT +4)
Azərbaycanda daha 534 nəfər COVID-19-a yoluxub, 6 vəfat edib

10 Avqust 2022, 16:29 (GMT +4)
Bakı aeroportunun enerji təminatı üçün ehtiyat mənbələri işə salınıb

10 Avqust 2022, 16:19 (GMT +4)
Əfqanıstanın sabiq prezidenti: Konstitusiyaya əsasən prezident mənəm

10 Avqust 2022, 16:14 (GMT +4)
“Qarabağ”ın “Viktoriya” ilə oyunlarının təqvimi açıqlanıb

10 Avqust 2022, 16:12 (GMT +4)
Azərsu: Balakəndə yeni su mənbəyi yaradılır

10 Avqust 2022, 16:02 (GMT +4)
Polşanın baş naziri: Biz Aİ daxilində imperializm təhlükəsini məğlub etməliyik

10 Avqust 2022, 15:50 (GMT +4)
Şahin Bağırov gömrük postlarında sürücülərlə görüşərək onların fikirini dinləyib

10 Avqust 2022, 15:42 (GMT +4)
İslamiada: Hacı Əliyev finala yüksəlib

10 Avqust 2022, 15:40 (GMT +4)
NATO-nun baş katibi Ukraynadakı münaqişənin bitmə vaxtını proqnozlaşdırmaqdan imtina edib

10 Avqust 2022, 15:38 (GMT +4)
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

10 Avqust 2022, 15:28 (GMT +4)
Bakının Zivərbəy Əhmədbəyov küçəsi təmir edilib

10 Avqust 2022, 15:18 (GMT +4)
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

10 Avqust 2022, 15:08 (GMT +4)
İŞİD-in Suriyanın cənubu üzrə hərbi lideri məhv edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66