Zelenski: Belarus Ukrayna münaqişəsinə cəlb oluna bilər05 İyul 2022, 17:20 (GMT +4) Bakı, 5 iyul, SalamNews . Ukrayna prezidenti Volodimir Zelenski Belarusun Ukrayna münaqişəsinin tərəfi olmayacağını deyib, lakin o, ölkənin bu münaqişəyə cəlb oluna biləcəyini etiraf edib.
SalamNews xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"İnanırıq ki, Belarus bu müharibəyə qarışmayacaq, amma təxribatlar var, təxribatlar olacaq. Belarus Ukrayna münaqişəsinə cəlb edilmək təhlükəsi altındadır. Kiyev hadisələrin bu cür inkişafına hazırlaşır.", deyə ukraynalı lider qeyd edib.
Bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, rusiyalı həmkarı Vladimir Putinin ondan heç vaxt Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyi xahiş etməyib.
|