İran Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasındakı qarşıdurmlara münasibət bildirib05 İyul 2022, 17:23 (GMT +4) Bakı, 5 iyul, SalamNews, B.Samid. “İran Özbəkistanın sabitliyi və təhlükəsizlyini istəyir. Burada sabitlik İran üçün çox əhəmiyyət kəsb edir.
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Özbəkistanda baş verən son hadisələrlə bağlı deyib: İran İslam Respublikası Özbəkistan Respublikasının bir hissəsində baş verən son hadisələri və qarışıqlıqları diqqətlə izləyir.
Nasir Kanaani əlavə edib: Bu hadisələr Özbəkistan Respublikasının daxili işidir və biz əminik ki, dost və qardaş Özbəkistan hökuməti bu məsələni tezliklə həmin ölkənin möhtərəm xalqının mənafeyi naminə həll edəcəkdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sonda bildirib ki, Özbəkistanda sabitlik və təhlükəsizlik İran İslam Respublikası və region üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, son günlərdə Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında referendumun bəndlərinə etiraz olaraq baş tutan etirazlar və qarşıdurmalar nəticəsində 18 nəfər ölüb və yüzlərlə insan yaralanıb.
|