Niderland millisinin üzvü "Beşiktaş"la anlaşıb05 İyul 2022, 22:21 (GMT +4) Bakı, 5 iyul, SalamNews, R.Nadirli. Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
SalamNews xəbər verir ki, İstanbul təmsilçisi "Börnli"dən Vaut Veqorstu transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.
30 yaşlı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirəcək. Super Liqa klubu Niderland millisinin üzvünə 1 il üçün 2.800.000 avro maaş ödəyəcək.
|