Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur - Qurban Qurbanov

06 İyul 2022, 00:27 (GMT +4)

Bakı, 6 iyul, SalamNews, R.Nadirli. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”ə 0:1 hesabı ilə uduzduqları səfər oyunundan sonra mətbuat konfransı keçirib.

SalamNews xəbər verir ki, baş məşqçi oyunla bağlı bunları bildirib.

- Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim. “Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Müəyyən çatışmazlıqlarımız ola bilər. Amma bugünkü oyundan razı qaldım. Səfərdə oynamağımıza baxmayaraq, daha çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab görüşündə çox dəyişiklik etmək fikrimiz yoxdur. Əksinə, meydanda etdiklərimizi daha da təkmilləşdirmək istəyirik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Hələ bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq.

- “Qarabağ”ın məğlubiyyətinin səbəbi Avstriyada təlim-məşq toplanışının ağır keçməsi ola bilər?

- “Lex” bu gün heç də bizdən üstün oynamadı. Amma məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Polşada “Lex”in üzərinə getdiksə, hücum futbolu oynadıqsa, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Komandanı istədiyimiz səviyyəyə gətirməyə çalışırıq. Məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur.

- “Qarabağ” buna qədər heç vaxt Polşa klublarına uduzmamışdı, “Lex” isə Azərbaycan təmsilçilərinə hələ məğlub olmayıb. Sizcə, cavab görüşündə qələbə şansınız nə qədərdir?

- Hələ matçdan əvvəl demişdim ki, bu cütlüyün favoriti yoxdur. Yenə də fikrimdə qalıram. Bu gün məğlub ola bilərik. Amma şansları yenə də yarı-yarıya görürəm.

- Toral Bayramov və Abbas Hüseynov ötən mövsümün sonlarından etibarən əsas heyətdəki yerlərini itiriblər. Bunun səbəbi formadan düşməkləri, yoxsa intizamsızlıqlarıdır?

- Düzgün qeyd elədiniz ki, yerlərini itirdilər. Digərləri hazırda onlardan daha yaxşı durumdadır. Amma hər ikisinə güvənirik, əsas oyunçularımızdır. Qarşıdakı görüşlərdə də istənilən dəyişiklik ola bilər. Hər bir futbolçu verilən şansdan maksimum istifadə etməlidir.

- “Lex”dən belə oyun gözləyirdiniz?

- Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq. 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Avqust 2022, 09:30 (GMT +4)
Məktəb direktoru vəzifəsinə qəbul üzrə müsabiqə başlayır

11 Avqust 2022, 09:20 (GMT +4)
BNA: 14 müntəzəm marşrut xətti üzrə 40 avtobusun hərəkəti gecikir

11 Avqust 2022, 09:10 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

11 Avqust 2022, 09:00 (GMT +4)
Qeyri-Azərbaycan dilli tədris bölmələri üzrə məktəb seçiminə start verilib

11 Avqust 2022, 07:55 (GMT +4)
Məhərrəm ayının 13-cü gününün tarixi hadisələri

10 Avqust 2022, 20:02 (GMT +4)
Hacı Əliyev və Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub

10 Avqust 2022, 19:47 (GMT +4)
İki güləşçimiz Konyada medal qazanıb

10 Avqust 2022, 19:12 (GMT +4)
İslamiada: Patimat Abakarova bürünc medala sahib çıxıb

10 Avqust 2022, 18:39 (GMT +4)
Millətlər Liqasını qələbə ilə başa vurmaq istəyirik - De Byazi

10 Avqust 2022, 18:24 (GMT +4)
İslamiada: Həndbol millimiz Türkiyəyə məğlub olub

10 Avqust 2022, 17:58 (GMT +4)
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

10 Avqust 2022, 17:48 (GMT +4)
Bank kartlarından pul talayan dəstə üzvləri saxlanıb

10 Avqust 2022, 17:45 (GMT +4)
Rusiyada mart ayından bəri COVID-19-a maksimum yoluxma faktı aşkarlanıb

10 Avqust 2022, 17:38 (GMT +4)
Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

10 Avqust 2022, 17:28 (GMT +4)
Bu ilin 6 ayında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə 73 mindən çox tibbi xidmət göstərilib

10 Avqust 2022, 17:20 (GMT +4)
Ermənilər Çempionlar Liqası matçında təxribata əl atıb

10 Avqust 2022, 17:18 (GMT +4)
Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

10 Avqust 2022, 17:08 (GMT +4)
CNN: Rusiya qüvvələrinə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etmək üçün təlimlər başlayıb

10 Avqust 2022, 17:05 (GMT +4)
Slovakiyanın keçmiş baş naziri: Rusiyaya qarşı sanksiyalar ölkəyə ziyan vurur

10 Avqust 2022, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

10 Avqust 2022, 16:49 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10 Avqust 2022, 16:39 (GMT +4)
Azərbaycanda daha 534 nəfər COVID-19-a yoluxub, 6 vəfat edib

10 Avqust 2022, 16:29 (GMT +4)
Bakı aeroportunun enerji təminatı üçün ehtiyat mənbələri işə salınıb

10 Avqust 2022, 16:19 (GMT +4)
Əfqanıstanın sabiq prezidenti: Konstitusiyaya əsasən prezident mənəm

10 Avqust 2022, 16:14 (GMT +4)
“Qarabağ”ın “Viktoriya” ilə oyunlarının təqvimi açıqlanıb

10 Avqust 2022, 16:12 (GMT +4)
Azərsu: Balakəndə yeni su mənbəyi yaradılır

10 Avqust 2022, 16:02 (GMT +4)
Polşanın baş naziri: Biz Aİ daxilində imperializm təhlükəsini məğlub etməliyik

10 Avqust 2022, 15:50 (GMT +4)
Şahin Bağırov gömrük postlarında sürücülərlə görüşərək onların fikirini dinləyib

10 Avqust 2022, 15:42 (GMT +4)
İslamiada: Hacı Əliyev finala yüksəlib

10 Avqust 2022, 15:40 (GMT +4)
NATO-nun baş katibi Ukraynadakı münaqişənin bitmə vaxtını proqnozlaşdırmaqdan imtina edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66