Qətərdəki nüvə müzakirələrindən sonra İranla yeni danışıqlar nəzərdə tutulmayıb - ABŞ06 İyul 2022, 10:55 (GMT +4) Bakı, 6 iyul, SalamNews, B.Samid. Qətərin paytaxtı Dohada aparılan nüvə danışqlarından sonra İranla yeni danışıqlar nəzərdə tutulmayıb.
SalamNews BBC-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət Katibliyinin sözçüsü Ned Prays deyib.
O, Dohada aparılan danışıqların nəticə verməməsində İranı ittihamlandırıb və bildirib ki, hələ yeni danşıqlar nəzərdə tutulmayıb.
Prays, əlavə edib ki, İran 2015-ci ilin nüvə sazişinə aidiyyatı olmayan şərtlər irəli sürür və danışıqların nəticə verməməsinə səbəb olur.
Qeyd edək ki, İran Dohada nüvə sazişinin bərpası ilə bağlı aparılan danışıqları müsbət qiymətləndirib, ABŞ isə bu danışıqlara ümidsizliklə yanaşıb.
|