Avstriya kansleri “Qazprom”un Haydakdakı qaz anbarının başqa operatora təhvil verildiyini elan edib06 İyul 2022, 15:18 (GMT +4) Bakı, 6 iyul, SalamNews. Avstriya kansleri Karl Nehammer bildirib ki, “Qazprom”un iştirakı ilə Haydakdakı qaz anbarı hələ doldurulmayıb və digər operatorlara veriləcək.
SalamNews "TASS"a istinadən xəəbr verir ki, Nehammer bunu Vyanada keçirdiyi mətbuat konfransında deyib.
"İstifadə et, ya itir” prinsipi tətbiq olunub, yəni qaz anbarından təyinatı üzrə istifadə edilməlidir. Əks halda operator onu itirir və obyekt başqa operatorlara ötürülür. Avstriyanın Haydak şəhərindəki qaz anbarı hələ də doldurulmayıb, ona görə də indi bu anbar qazla doldurmaq üçün başqa şirkətlərə veriləcək, Avstriya da bu anbardan gələcəkdə istifadə edəcək", deyə kansler bildirib.
|