Lavrov: Qərb Donbassda dinc əhalinin ölümünə görə məsuliyyətini dərk etməlidir06 İyul 2022, 14:28 (GMT +4) Bakı, 6 iyul, SalamNews . Qərb ölkələri Donbass və Ukraynada dinc əhalinin ölümünə görə məsuliyyət daşıdığını bilməlidirlər.
SalamNews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyetnamın xarici işlər naziri Buy Than Şon ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Qərb ölkələri, Zelenski və komandasının necə və nəyi şərh etməsindən asılı olmayaraq, öz məsuliyyətlərini dərk etməlidirlər. Qərb ölkələri Kiyev rejiminin Qərbin verdiyi bu silahlardan dinc əhaliyə qarşı istifadə etdiyi ilk növbədə Donbassda, Ukraynanın digər bölgələrində dinc insanların ölümünə görə məsuliyyətini dərk etməlidir", deyə Lavrov bildirib.
|