Qazaxıstanda neft-qaz yatağında baş verən partlayış nəticəsində 2 nəfər ölüb06 İyul 2022, 14:58 (GMT +4) Bakı, 6 iyul, SalamNews . Qazaxıstanın Atırau vilayətindəki Tengiz neft-qaz yatağında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, azı 3 nəfər yaralanıb.
SalamNews "AA"ya istinadən xəbər verir ki, bu barədə yerli KİV vilayətin polis idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yataqda boru partlaması baş verib. Yaralılara tibbi yardım göstərilir. Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə araşdırma başlanılıb.
|