Avropa Komissiyası Rusiya qazından tamamilə imtina edəcəyi təqdirdə fövqəladə vəziyyət planı hazırlayır06 İyul 2022, 15:37 (GMT +4) Bakı, 6 iyul, SalamNews. Avropa Komissiyası iyulun ikinci yarısında Rusiyanın Avropaya qaz ixracını tamamilə dayandıracağı təqdirdə təcili planı ictimaiyyətə təqdim edəcək.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Avropa Parlamentində çıxışı zamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.
Avropa İttifaqına üzv ölkələrin milli planları da təqdim olunacaq.
Mayda Avropa Komissiyası üç il ərzində Rusiya qazından tamamilə imtina edilməsini təmin etmək qərarına gəlib, bu müddət ərzində alternativ güclər işə salınmalıdır.
Bir müddət öncə Almaniya kanslerinin xarici siyasət üzrə müşaviri Yens Pletner “Un President, l`europe et la guerre” sənədli filmində Rusiya qazı, nefti və kömüründən imtina etdikdən sonra bütün Avropada ciddi tənəzzülün başlaya biləcəyini bildirib.
|