Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Caspian Energy Club”, TÜİB və ATİB arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

06 İyul 2022, 17:24 (GMT +4)

Bakı, 6 iyul, SalamNews. Bu gün Bakıda Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyası keçirilib

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev sessiyanın əhəmiyyətinə toxunaraq bildirib ki, bu gün keçirilən görüşdə əsas məqsəd Azərbaycan və Türkiyə sahibkarlarına dəstək olmaqdır. Son illər Azərbaycan ilə Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İki qardaş ölkə arasında ticarət dövriyyəsi artmışdır. Bugünkü xüsusi sessiyada ATİB, TÜİB  və “Caspian Energy Club” arasında memorandum imzalanacaq. Memorandum çərçivəsində Caspian Energy Forumu artıq Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Avropa Birliyi ölkələri arasında sahibkarların birgə forumuna çevriləcək.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bugunki tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, dünyanın geosiyasi dəyişikliyinə uyğun Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi Türk Dövlətlər Təşkilatına örnəkdir.

Onun sözlərinə görə, Qarabağ zəfərinin Türkiyə-Azərbaycan münasibətləri baxımdan, bölgə baxımdan mühüm əhəmiyyətə malikdir. Qarabağ zəfəri 44 gündə əldə edilib, Bakının azad edilməsi də 45 gün ərzində əldə edilib. C.Bağcı bildirib ki, 44 Azərbaycan tarixində simvolik rəqəmdir. Türkiyə və Azərbaycan geopolitik dəyişikliyi yaxşı bilir. Bu geopolitik dəyişikliyə uyğun bir əməkdaşlıq modeli inkişaf etdirilib.

Səfir həmçinin xatırladıb ki, 2021-ci ilin iyunun 15-də Qafqazın incisi olan Şuşada bəyannamə imzalanıb və siyasi iradə ortaya qoyulub. Bu bəyannamənin imzalanması ilə strateji əməkdaşlığımız artıq müttəfiqlik səviyyəsinə çatıb. Bu, sadəcə müdafiə , energetika sahələrində deyil, bütün sahələrdə əməkdaşlığımızın genişləndirməyimizin və dərinləşdirəcəyimizin iradəsidir. Bu sənəd hər iki ölkənin Milli Məclislərində təsdiq edilib. Bu sənəd bir təlimatdır ki, Türkiyə və Azərbaycan arasında münasibətlərinin hər sahədə genişləndirilməsi və dərinləşdirilməsinə töhfə vermək, əgər bu münasibətlərin önündə əngəllər varsa, əngəllərin aradan qaldırılması üçün işlərin aparılmasına dair bir təlimatdır".

Sonra çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib ki, iki ölkə arasında  ticarət əlaqələri durmadan inkişaf edir. 2022-ci ildə (yanvar-may ayları ərzində) ticarət dövriyyəsinin həcmi 2,45 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.

Yusif Abdullayev diqqətə çatdırıb ki, Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1 200-dən çox müraciət daxil olub. Bu müraciətlər KOBİA vasitəsilə qəbul edilir: Müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 100-ü Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri də durmadan inkişaf edir.

AZPROMO rəhbəri xatırladıb ki, ötən il Azərbaycanın Türkiyəyə ixracı 12 % artaraq 4,7 milyard ABŞ dolları olub. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard ABŞ dollara çatıb.

Tədbir çərçivəsində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyi (TÜİB) və “Caspian Energy Club” (CEC) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu ATİB adından İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, TÜİB tərəfindən İdarə Heyətinin sədri Hüseyn Böyükfırat, CEC adından Telman Əliyev imzalayıblar. 

Tədbirdə həmçinin memorandumda imzalanan qələmlər auksiona çıxarılıb. Satılan qələmlərdən əldə olunan məbləğ YAŞAT Fonduna ianə ediləcək.

Tədbir "Azərbaycan və Türkiyə şirkətlərinin regionların inkişafında rolu" və  "Azərbaycan və Türkiyə sahibkarlarının beynəlxalq arenada əməkdaşlığı" mövzularında öz işini davam etdirib.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 Avqust 2022, 19:42 (GMT +4)
Azərbaycan İslamiadada üçüncü medalı qazanıb

09 Avqust 2022, 19:27 (GMT +4)
İslamiada: Azərbaycanın stolüstü tennis yığması qalib gəlib

09 Avqust 2022, 19:05 (GMT +4)
İdmançılarımızın avqust ayı üçün reytinq cədvəli məlum olub

09 Avqust 2022, 18:39 (GMT +4)
İslamiada: Taekvandoçumuz bürünc medal qazanıb

09 Avqust 2022, 18:00 (GMT +4)
Azərbaycanda vergi ödəyicilərinin sayı 7%-ə yaxın artıb

09 Avqust 2022, 17:50 (GMT +4)
AAYDA: Bakı-Quba yoluna yeni asfalt-beton örtüyü döşənir

09 Avqust 2022, 17:40 (GMT +4)
Prezident İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşüb

09 Avqust 2022, 17:30 (GMT +4)
Pelosi: Tayvana səfərimdən qətiyyən peşman deyiləm

09 Avqust 2022, 17:22 (GMT +4)
Bağçalarda işləmək üçün sənəd qəbulu başa çatıb

09 Avqust 2022, 17:12 (GMT +4)
The Guardian: Polşanın hakim partiyası AK sədri fon der Leyeni vəzifəsindən uzaqlaşdırılmaqla hədələyib

09 Avqust 2022, 17:10 (GMT +4)
Sosial şəbəkələrdə hərbçi adından paylaşımlar edən qadın saxlanılıb

09 Avqust 2022, 17:00 (GMT +4)
İlham Əliyev: Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı yüksəklərdə olacaq

09 Avqust 2022, 16:55 (GMT +4)
Podolyak: Putin orada olarsa, Zelenski G20 sammitinə gələ bilər

09 Avqust 2022, 16:45 (GMT +4)
Prezident İlham Əliyev və Mehriban Əliyeva İslamiadada Azərbaycanı təmsil edən idmançılarla görüşüb

09 Avqust 2022, 16:35 (GMT +4)
Prezident: Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır

09 Avqust 2022, 16:27 (GMT +4)
Peskov: Rusiyanı və rusiyalıları təcrid etmək cəhdləri perspektivsizdir

09 Avqust 2022, 16:18 (GMT +4)
ƏƏSMN: Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edilib

09 Avqust 2022, 16:08 (GMT +4)
WZ: Almaniyada Putinə dəstək yüksək səviyyədə olaraq qalır

09 Avqust 2022, 16:08 (GMT +4)
İraqda İŞİD-in Məhərrəmlik mərasiminə hücumunun qarşısı alınıb

09 Avqust 2022, 15:58 (GMT +4)
TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb

09 Avqust 2022, 15:48 (GMT +4)
Hikmət Hacıyev: İşğaldan sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb

09 Avqust 2022, 15:38 (GMT +4)
DTA: Regional turizm şuraları strategiyaların hazırlanmasına cəlb olunacaq

09 Avqust 2022, 15:28 (GMT +4)
Səfir Antonov: ABŞ Kiyevə hərbi yardım göndərməklə “vəziyyəti daha da qızışdırır”

09 Avqust 2022, 15:26 (GMT +4)
Xəbərdarlıq: Sabah rayonlarda güclü külək əsəcək

09 Avqust 2022, 15:17 (GMT +4)
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında növbəti medalı təmin edib

09 Avqust 2022, 15:16 (GMT +4)
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına dronlar cəlb olunub (VİDEO)

09 Avqust 2022, 15:06 (GMT +4)
İsrail qüvvələrinin Nablusa basqınında yaralanan fələstinlilərdən üçü həyatını itirib

09 Avqust 2022, 15:02 (GMT +4)
"Neftçi"nin baş məşqçisinin mətbuat konfransının vaxtı dəqiqləşib

09 Avqust 2022, 15:00 (GMT +4)
Bakı, Sumqayıt, Abşeronda avqust ayının pensiyaları ödənilib

09 Avqust 2022, 14:55 (GMT +4)
Peskov: Ukraynada Bayraktar zavodu yaradılsa, demilitarizasiya ona da təsir edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66