Böyük Britaniyanın baş naziri istefası üçün şərtini açıqlayıb06 İyul 2022, 17:44 (GMT +4) Bakı, 6 iyul, SalamNews . Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, hökumət iqtisadi böhranla mübarizə məsələləri ilə məşğuldur və Britaniya parlamentinin İcmalar Palatasında hakim Mühafizəkarlar Partiyasının baş təşkilatçısının müavini Kris Pinçerlə qalmaqalına görə işindən yayınmaq fikrində deyil.
SalamNews bu barədə "TASS"a istinadən xəbər verir.
"Bizim müxalifətdən fərqimiz odur ki, bizim planımız var, onların yox. Onlar diqqətlərini bu mövzuya yönəltmək istəyirlər, biz isə öz işimizi görürük. Biz böhrana nəzarət edəcəyik. Biz Ukraynanı silahlandıran ilk Avropa ölkəsi olduq. Mən bununla fəxr edirəm", deyə Conson bildirib.
Baş nazir əlavə edib ki, o, hökumətin səmərəli işləyə bilməyəcəyini anladığı halda vəzifəsini tərk etməyə hazırdır.
|