Somalidə törədilən partlayışda yaralananların ikisi nazirdir18 İyul 2022, 15:37 (GMT +4) Bakı, 18 iyul, SalamNews, B.Samid. Somalinin “Jowhar” səhərində oteldə törədilən partlayışda ölənlərin sayı beşə çatıb. Yaralananların ikisi nazirdir.
SalamNews Anadolu Agentliyinə istinadən xəbər verir ki, Somali paytaxtının cənubunda yerləşən “Jowhar” səhərinin “Nuur Doob” otelində törədilən partlayışda ölənlərin sayı beşə çatıb.
Ölən və yaralananların kimliyi açıqlanıb və məlum edilib ki, onlardan ikisi nazirdir.
Məlumata görə, yaralanan rəsmilərdən ikisi əyalətdə səhiyyə naziri Əbdi Müəllim və əyalətdə qadınların işləri üzrə nazir Ayişə Xəlifdir.
Qeyd edək ki, ötən gün əyalət rəsmilərinin olduğu “Nuur Doob” oteli ərazisində bir kamikadzenin idarə etdiyi minalanmış maşın partladılıb.
|