Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Ərəb Liqası: İsrailin addımları Qüdsdə dini qarşıdurmanı alovlandırmaq təhlükəsi yaradır

18 İyul 2022, 17:48 (GMT +4)

Bakı, 18 iyul, SalamNews, B.Samid. Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qayt xəbərdarlıq edərək bildirib ki, İsrailin addımları işğal altındakı Qüds şəhərində ciddi dini qarşıdurmaların alovlanması təhlükəsi yaradır.

SalamNews xəbər verir ki, ƏDL-nın baş katibi bunu bazar ertəsi Qahirədə Baş Katibliyin mənzil-qərargahında Fələstin Muxtariyyətinin Qüds işləri naziri Fadi əl-Hədəmi ilə görüşü zamanı deyib.

Bu müzakirələrdə Qüds şəhərindəki son vəziyyət müzakirə edilib.

Bu müzakirələr İsrail qüvvələrinin İslam və Xristian ziyarətgahlarına, eləcə də müsəlmanlara qarşı amansız hücumu fonunda aparılıb.

Fələstinli nazir İsrail hökumətinin Qüdsdə fələstinlilərin varlığına maneələr yaratması və fələstinlilərin kvartallarını yəhudi yaşayış massivləri ilə blokadaya alması cəhdlərindən danışıb.

O, ekstremist yəhudi qruplarının Müqəddəs əl-Əqsa məscidinə basqınlarının intensivləşməsi, habelə Məscidül-Əqsanın zaman və məkan baxımından bölünməsinə yönəlmiş İsrailin cəhdlərindən danışıb.

ƏDL baş katibi, siyasi, iqtisadi və mənəvi cəhətdən bütün mümkün vasitələrlə ərəblərin fələstinlilərin bu müqavimətinə dəstəyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, Qüds məsələsinin hər bir ərəb və müsəlmanı narahat etdiyini və bu yükün təkcə fələstinlilərin üzərinə düşməməli olduğunu vurğulayaraq, İsrailin Qüdsdəki əməllərinin təhlükəli dini qarşıdurmaların alovlanması təhlükəsi yaratdığıni deyib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan ərazi bütövlüyü məsələsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyi yüksək qiymətləndirir

İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrini qəbul edib

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Sudan və İsrail əlaqələrin normallaşdırılması üçün ilkin razılıq əldə ediblər

Çad prezidentinin iştirakı ilə İsraildə bu ölkənin səfirliyinin açılışı olub

İsrail Fələstin Muxtariyyətinin 32 milyon dollarlıq vergi gəlirlərini müsadirə edib

Sudanla İsrail arasında əlaqələrin normallaşdırılması müqaviləsinin imzalanması gözlənilir

İsrail Ordusu Qəzzaya hava zərbələri endirib

İsraildə Çad Respublikası səfirliyinin açılışı olacaq

İsrail Yunanıstanla əhəmiyyətli qaz müqaviləsi imzaladığını bildirib

Azərbaycanın Baş prokuroru Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdə olub

İsrailin xarici işlər naziri Ukraynaya gedəcək

İsrail qüvvələri ilə qarşıdurmada fələstinlilərdən ölən və yaralananlar var

ABŞ dövlət katibi İsrail-Fələstin gərginliyi fonunda Yaxın Şərqə səfər edib

İsrail qüvvələri bir sutka ərzində 42 fələstinlini həbs edib

ABŞ: Səudiyyə Ərəbistanı ilə əlaqələrə yenidən baxırıq

İsrailin müdafiə naziri Qüds hücumuna görə ABŞ-a səfərini yarıda qoyub

Ərəb Dövlətləri Liqası İsrail qüvvələrinin Cenin şəhərinə hücumu ilə bağlı bəyanat verib

Fələstin Muxtariyyəti İsraillə təhlükəsizlik üzrə koordinasiya razılaşmasını dayandırıb

İsrail Qəzzaya hava zərbələri endirib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66