Rövşən Nəcəf Aİ-nin enerji komissarı ilə görüşüb19 İyul 2022, 16:20 (GMT +4) Bakı,19 iyul, SalamNews. SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşüb.
SalamNews xəbər verir ki, o bu barədə “Twitter“ hesabında yazıb.
Qeyd olunub ki, görüşdə Azərbaycanda qaz hasilatının artırılması, TANAP və TAP boru kəmərlərinin genişləndirilməsi perspektivləri və bu istiqamətdə Aİ-nin dəstəyinin vacibliyi müzakirə olunub.
|