ABŞ nüvə danışıqları ilə bağlı fürsətlərin qədrini bilməlidir – İran rəsmisi04 Avqust 2022, 10:20 (GMT +4) Bakı, 4 avqust, SalamNews, B.Samid. “ABŞ nüvə sazişi tərəflərinin verdiyi fürsətlərin qədrini bilməlidir. İndi top onların tərəfindədir və məsuliyyətli davranmağın vaxtı çatıb.”
SalamNews xəbər verir ki, bunu İranı nüvə danışıqlarında təmsil edən nümayəndə heyətinin rəhbəri Əli Baqiri-Kəni deyib.
Nüvə danışıqlarını davam etdirmək üçün Avropaya yola düşəcəyini deyən İran rəsmisi ABŞ-ı məsuliyyətli olmağa və verilən fürsətlərdən istifadə etməyə çağırıb.
Topun ABŞ-ın meydanın olduğunu deyən İran rəsmisi “nüvə sazişini pozmuş ABŞ-ı sabiq nəhs mirası”ndan əl çəkməyə çağırıb.
Qeyd edək ki, ötən gün Avropa və İran mənbələri nüvə sazişinin bərpası ilə bağlı danışıqların yaxın günlərdə başlayacağını deyiblər.
|