İran və Səudiyyə Ərəbistanı Yəməndə atəşkəsin uzadılmasını alqışlayıblar04 Avqust 2022, 11:38 (GMT +4) Bakı, 4 avqust, SalamNews, B.Samid. İran və Səudiyyə Ərəbistanı Yəməndə atəşkəs rejiminin daha iki müddətində uzadılmasını alqışlayıblar.
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, İran İslam Respublikası xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Xaci BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq ilə Yəməndəki son hadisələri müzakirə edib.
İran rəsmisi Yəməndə atəşkəs rejiminin daha iki müddətində uzadılmasını alqışlayıb.
Həmçinin Səudiyyə ƏrəbistanınXarici İşlər Nazirliyi bəyanat yayaraq bu razılığı alqışlayıb.
Qeyd edək ki, Hans Qrundberq ötən gün Yəməndə tərəflər arasında atəşkəsin daha iki ay müddətində uzadıldığını bildirib.
|