Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

İsrailin Qəzzaya təcavüzündə ölən 25 nəfərin azı altısı uşaqdır (FOTO)

07 Avqust 2022, 08:02 (GMT +4)

Bakı, 7 avqust, SalamNews, B.Samid. İsrailin son iki gündə Qəzzaya ardıcıl hava zərbələrində 25 nəfər həlak olub ki, onların altısı uşaqdır.

SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzzaya təcavüzündə 25 nəfər həyatını itirib. Onların altısı uşaq və ikisi qadındır.

Bu təcavüz nəticəsində indiyədək 215 nəfər yaralanıb ki, onların 96-sı uşaq, 30-u qadın və 12-si yaşlı insanlardır.

Bu arada Fələstinli hərəkatlardan “Səraya əl-Qüds” komandirlərindən biri Xalid Səid Mənsurun İsrailin hava zərbələrində həyatını itirdiyini bildirib. 

Qeyd edək ki, İsrail bu hücumu Qəzzada “İslami Cihad” hərəkatının komandirlərindən biri Təysir əl-Cəbarini öldürməklə başlayıb.

Fələstinli hərəkatlar cavab olaraq, Qəzzadan İsrailin nəzarətində olan bölgələrə 400-dən çox raket və mərmi atıblar.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sudan və İsrail əlaqələrin normallaşdırılması üçün ilkin razılıq əldə ediblər

Çad prezidentinin iştirakı ilə İsraildə bu ölkənin səfirliyinin açılışı olub

İsrail Fələstin Muxtariyyətinin 32 milyon dollarlıq vergi gəlirlərini müsadirə edib

Sudanla İsrail arasında əlaqələrin normallaşdırılması müqaviləsinin imzalanması gözlənilir

İsrail Ordusu Qəzzaya hava zərbələri endirib

İsraildə Çad Respublikası səfirliyinin açılışı olacaq

İsrail Yunanıstanla əhəmiyyətli qaz müqaviləsi imzaladığını bildirib

İsrailin xarici işlər naziri Ukraynaya gedəcək

İsrail qüvvələri ilə qarşıdurmada fələstinlilərdən ölən və yaralananlar var

ABŞ dövlət katibi İsrail-Fələstin gərginliyi fonunda Yaxın Şərqə səfər edib

İsrail qüvvələri bir sutka ərzində 42 fələstinlini həbs edib

İsrailin müdafiə naziri Qüds hücumuna görə ABŞ-a səfərini yarıda qoyub

Ərəb Dövlətləri Liqası İsrail qüvvələrinin Cenin şəhərinə hücumu ilə bağlı bəyanat verib

Fələstin Muxtariyyəti İsraillə təhlükəsizlik üzrə koordinasiya razılaşmasını dayandırıb

İsrail Qəzzaya hava zərbələri endirib

İtaliya İsrail istehsalı olan dronlarını Ukraynaya göndərir

İslam Əməkdaşlıq Təşkilatı İsrail qüvvələrinin Cenin şəhərinə hücumunu kəskin pisləyib

İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda həlak olan fələstinlilərin sayı doqquza çatıb

İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda azı dörd fələstinli həlak olub

İran kəşfiyyat naziri: “İsrailə bağlı 12 qrupun üzvləri həbs edilib”


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66