Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda Türk Dövlətləri Təşkilatının prokurorları görüşüb

08 Avqust 2022, 15:40 (GMT +4)

Bakı, 8 avqust, SalamNews. 2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilən Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurası çərçivəsində Azərbaycan Baş Prokurorluğunun təşkilatçılığı ilə cari ilin avqustun 8-də “Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi: mövcüd vəziyyət və çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib.

Bu barədə SalamNews-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, seminarda Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının baş prokurorluqlarının nümayəndə heyətləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini iştirak edib.

Qonaqlarla görüşən Azərbaycan Baş prokuroru Kamran Əliyev böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçiriləcək seminarın regional təhlükəsizlik, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Seminarın açılış mərasimində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov və Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Qismət Gözəlov Şuraya üzv dövlətlərin prokurorluq orqanlarının gənc əməkdaşları üçün keçirilən seminarda ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasındakı münasibətlərin genişlənməsinə öz müsbət təsirini göstərəcəyini vurğulayıblar.

Bakı Dövlət Universitetinin dosenti Sevinc Ruintən türk dövlətlərinin tarixi, qədim dövlətçilik ənənələri, milli mənəvi dəyərləri haqqında mühazirə ilə çıxıb edib.

Daha sonra seminar prokurorların təqdimat və çıxışları ilə işini davam etdirib,
səmərəli fikir mübadiləsi aparılıb.

Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasına üzv dövlətlərin prokurorlarının ölkəmizə səfəri davam edir.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Oktyabr 2022, 17:00 (GMT +4)
Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 16:50 (GMT +4)
FHN: Xətai rayonunda yaşayış binasında yanğın başlayıb

01 Oktyabr 2022, 16:40 (GMT +4)
Son sutkada Azərbaycanda 92 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

01 Oktyabr 2022, 16:35 (GMT +4)
"Real" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir

01 Oktyabr 2022, 16:30 (GMT +4)
Azərbaycanın daha 2 rayonunda "KOB dostları" fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 16:19 (GMT +4)
OPEC+ 2020-ci ildən bəri ilk dəfə olaraq oktyabrın 5-də əyani iclas keçirəcək

01 Oktyabr 2022, 16:08 (GMT +4)
Ombudsman Füzuli və Tərtərdəki mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

01 Oktyabr 2022, 16:05 (GMT +4)
Britaniyalılar Baydeni Putinə etdiyi xəbərdarlıqlara görə qınayıblar

01 Oktyabr 2022, 15:55 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

01 Oktyabr 2022, 15:45 (GMT +4)
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Şimal axını”nda təxribat ABŞ üçün faydalıdır

01 Oktyabr 2022, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Sofiyada dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda iştirak edib

01 Oktyabr 2022, 15:33 (GMT +4)
"Napoli"nin müdafiəçisi A seriyasında ayın ən yaxşısı seçilib

01 Oktyabr 2022, 15:31 (GMT +4)
Azərbaycanın ictimai iaşə dövriyyəsinin 65 %-i Bakının payına düşür

01 Oktyabr 2022, 15:21 (GMT +4)
İran İraqın şimalında separatçı kürd qruplaşmalarını yenidən hədəfə alıb

01 Oktyabr 2022, 15:10 (GMT +4)
"Şəhidlər ölməzdir" adlı rəsm sərgisi və müsabiqəsi keçirilib (VİDEO)

01 Oktyabr 2022, 15:05 (GMT +4)
Almaniya MN: Kiyevin NATO-ya daxil olmaq ərizəsi alyansın bütün üzvləri tərəfindən müzakirə olunacaq

01 Oktyabr 2022, 15:02 (GMT +4)
Azərbaycanın üç boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

01 Oktyabr 2022, 15:00 (GMT +4)
Azərbaycan və Qazaxıstan rəqəmsal sahədə birgə layihələr reallaşdıracaqlar

01 Oktyabr 2022, 14:50 (GMT +4)
Əlaqələndirmə Qərargahının ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

01 Oktyabr 2022, 14:40 (GMT +4)
Berluskoni: İtaliyanın yeni hökuməti Rusiyaya qarşı mövqeyini dəyişməməlidir

01 Oktyabr 2022, 14:38 (GMT +4)
BMT Kabildə 32 tələbə və şagirdin ölümünə səbəb olan hücumu pisləyib

01 Oktyabr 2022, 14:20 (GMT +4)
Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

01 Oktyabr 2022, 14:17 (GMT +4)
Arestoviç Ukraynanın 2023-cü ilin iyulunda NATO-ya daxil olacağını proqnozlaşdırıb

01 Oktyabr 2022, 14:10 (GMT +4)
Suraxanıda hərbi sursat aşkar edilib

01 Oktyabr 2022, 14:00 (GMT +4)
Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək

01 Oktyabr 2022, 13:49 (GMT +4)
Almaniya çempionatı: “Bavariya” 4 cavabsız qolla qələbə qazanıb 

01 Oktyabr 2022, 13:38 (GMT +4)
Dövlət başçısı: “Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

01 Oktyabr 2022, 13:30 (GMT +4)
Prezident: Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək

01 Oktyabr 2022, 13:23 (GMT +4)
Kabildə daha bir partlayış törədilib, yaralananlar var

01 Oktyabr 2022, 13:22 (GMT +4)
FİDE reytinqi: Şəhriyar Məmmədyarov “10-luğ”u tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66