Şahmat Olimpiadası: Qadın millimiz Ermənistanı darmadağın edib08 Avqust 2022, 19:30 (GMT +4) Bakı, 8 avqust, SalamNews, R.Nadirli. Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.
SalamNews xəbər verir ki, bu gün 10-cu turun görüşləri keçirilib.
Azərbaycanın milli komandaları da növbəti görüşlərinə çıxıblar. Həm kişilərdən, həm də qadınlardan ibarət millimiz Ermənistanla qarşılaşıb. Qadın millimiz Ermənistanı 4:0 hesabı ilə darmadağın edib, kişi millimiz isə uduzub - 1:3
Ümumdünya Şahmat Olimpiadası
10-cu tur 8 avqust
Kişilər Azərbaycan – Ermənistan 1:3 Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan 0:1 Qədir Hüseynov – Hrant Melkumyan 0,5:0,5 Vasif Durarbəyli – Manuel Petrosyan 0,5:0,5 Nicat Abbasov – Robert Hovanisyan 0:1
Qadınlar Ermənistan – Azərbaycan 0:4 Elina Danielyan – Günay Məmmədzadə 0:1 Lilit Mkrtçyan – Xanım Balacayeva 0:1 Anna Sarqsyan – Gövhər Beydullayeva 0:1 Susanna Qaboyan – Gülnar Məmmədova 0:1
|