BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzaya hücumu barədə toplantı keçirib09 Avqust 2022, 08:41 (GMT +4) Bakı, 9 avqust, SalamNews, B.Samid. BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzaya üç günlük hücumu barədə toplantı keçirib. Rusiya və Çin hücumu pisləyən bəyanat veriblər.
SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının toplantısında ərəb dövlətləri yekdilliklə İsrailin Qəzzaya hücumunu pisləyiblər.
Əksər müsəlman dövlətlərindən əlavə Rusiya və Çin də gərginliyin baş qaldırmasında İsraili təqsirləndiriblər.
Çin və Rusiya Qəzzada atəşkəsi alqışlayıb, eyni zamanda gərginliyin artması və mülki insanların hədəfə alınmasında İsrailin günahlandırıblar.
Qeyd edək ki, İsrailin Qəzzaya üç günlük hücumunda ölən 44 nəfərdən 15-i uşaqdır.
|