Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bank kartlarından pul talayan dəstə üzvləri saxlanıb

10 Avqust 2022, 17:48 (GMT +4)

Bakı, 10 avqust, SalamNews. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarındakı pul vəsaitləri talayan daha bir dəstənin üzvləri saxlanılıb.

DİN-in mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, naməlum şəxslərin sosial şəbəkələrdə vətəndaşları işə düzəltmək adı ilə onların kart məlumatlarını əldə edib daha sonra hesabda olan pul vəsaitlərini talamaları barədə nazirliyə çoxsaylı müraciətlər daxil olub. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə vətəndaşların kart məlumatlarını və kartlardakı pul vəsaitlərini ələ keçirən növbəti dəstənin üzvləri - Məhəmməd Babazadə və Güləli Kazımov saxlanılıblar. Müəyyən edilib ki, bu şəxslər elan saytlarında, həmçinin sosial şəbəkələrdə dövlət idarələrində və özəl şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanları yerləşdiriblər. Məhəmməd Babazadə və Güləli Kazımov onlarla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması və lisenziya verilməsi adı altında 500 manatdan 6000 manata qədər pulun özlərinə və müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb ediblər. Bu məqsədlə onlar müraciət edən vətəndaşların kart məlumatlarını əldə ediblər. Daha sonra onlar kartlardakı vəsaitləri öz hesablarına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıblar. Məhəmməd Babazadə və Güləli Kazımovun bu müddət ərzində onlara müraciət edən 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarda olan pul vəsaitlərini taladıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhəmməd Babazadə və Güləli Kazımovun ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir.

Bildirilib ki, bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. DİN bir daha vətəndaşlara elan, onlayn alış-veriş saytlarında, eləcə də bu tipli platformalarda yerləşdirilən və ilk baxışdan insanların diqqətini cəlb edən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, bank kartlarında olan məlumatları heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Oktyabr 2022, 17:00 (GMT +4)
Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 16:50 (GMT +4)
FHN: Xətai rayonunda yaşayış binasında yanğın başlayıb

01 Oktyabr 2022, 16:40 (GMT +4)
Son sutkada Azərbaycanda 92 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

01 Oktyabr 2022, 16:35 (GMT +4)
"Real" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir

01 Oktyabr 2022, 16:30 (GMT +4)
Azərbaycanın daha 2 rayonunda "KOB dostları" fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 16:19 (GMT +4)
OPEC+ 2020-ci ildən bəri ilk dəfə olaraq oktyabrın 5-də əyani iclas keçirəcək

01 Oktyabr 2022, 16:08 (GMT +4)
Ombudsman Füzuli və Tərtərdəki mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

01 Oktyabr 2022, 16:05 (GMT +4)
Britaniyalılar Baydeni Putinə etdiyi xəbərdarlıqlara görə qınayıblar

01 Oktyabr 2022, 15:55 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

01 Oktyabr 2022, 15:45 (GMT +4)
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Şimal axını”nda təxribat ABŞ üçün faydalıdır

01 Oktyabr 2022, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Sofiyada dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda iştirak edib

01 Oktyabr 2022, 15:33 (GMT +4)
"Napoli"nin müdafiəçisi A seriyasında ayın ən yaxşısı seçilib

01 Oktyabr 2022, 15:31 (GMT +4)
Azərbaycanın ictimai iaşə dövriyyəsinin 65 %-i Bakının payına düşür

01 Oktyabr 2022, 15:21 (GMT +4)
İran İraqın şimalında separatçı kürd qruplaşmalarını yenidən hədəfə alıb

01 Oktyabr 2022, 15:10 (GMT +4)
"Şəhidlər ölməzdir" adlı rəsm sərgisi və müsabiqəsi keçirilib (VİDEO)

01 Oktyabr 2022, 15:05 (GMT +4)
Almaniya MN: Kiyevin NATO-ya daxil olmaq ərizəsi alyansın bütün üzvləri tərəfindən müzakirə olunacaq

01 Oktyabr 2022, 15:02 (GMT +4)
Azərbaycanın üç boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

01 Oktyabr 2022, 15:00 (GMT +4)
Azərbaycan və Qazaxıstan rəqəmsal sahədə birgə layihələr reallaşdıracaqlar

01 Oktyabr 2022, 14:50 (GMT +4)
Əlaqələndirmə Qərargahının ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

01 Oktyabr 2022, 14:40 (GMT +4)
Berluskoni: İtaliyanın yeni hökuməti Rusiyaya qarşı mövqeyini dəyişməməlidir

01 Oktyabr 2022, 14:38 (GMT +4)
BMT Kabildə 32 tələbə və şagirdin ölümünə səbəb olan hücumu pisləyib

01 Oktyabr 2022, 14:20 (GMT +4)
Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

01 Oktyabr 2022, 14:17 (GMT +4)
Arestoviç Ukraynanın 2023-cü ilin iyulunda NATO-ya daxil olacağını proqnozlaşdırıb

01 Oktyabr 2022, 14:10 (GMT +4)
Suraxanıda hərbi sursat aşkar edilib

01 Oktyabr 2022, 14:00 (GMT +4)
Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək

01 Oktyabr 2022, 13:49 (GMT +4)
Almaniya çempionatı: “Bavariya” 4 cavabsız qolla qələbə qazanıb 

01 Oktyabr 2022, 13:38 (GMT +4)
Dövlət başçısı: “Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

01 Oktyabr 2022, 13:30 (GMT +4)
Prezident: Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək

01 Oktyabr 2022, 13:23 (GMT +4)
Kabildə daha bir partlayış törədilib, yaralananlar var

01 Oktyabr 2022, 13:22 (GMT +4)
FİDE reytinqi: Şəhriyar Məmmədyarov “10-luğ”u tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66