Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda içməli sudan qanunsuz istifadə ilə bağlı 660 fakt aşkarlanıb

13 Avqust 2022, 12:12 (GMT +4)

Bakı, 13 avqust, SalamNews. Bu ilin iyul ayında “Azərsu” ASC üzrə içməli sudan qanunsuz istifadə ilə bağlı 660 fakt aşkarlanıb.

Bu barədə SalamNews-a qurumdan bildirilib.

Məlumata görə, bunun 557-i Bakı, Sumqayıt və Abşeronda, digərləri isə bölgələrdə qeydə alınıb.

Həmin hallar üzrə 174 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Paytaxtda içməli sudan ən çox qanunsuz istifadə halı 146 olmaqla Binəqədi rayonunda qeydə alınıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66