Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub

13 Avqust 2022, 15:50 (GMT +4)

Bakı, 13 avqust, SalamNews. Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan xəbər verilib.

Bildirilib ki, 10 nəfər Kürdəmir rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək cari ilin aprel-may aylarında Nemət adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək iri və xırdabuynuzlu heyvanlarını ələ keçirdiyini deyiblər.

Daxil olan müraciətlər əsasında Kürdəmir ayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayonun Muradxan kənd sakini Nemət Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o, törətdiyi əməllərini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, N.Baxşiyev qeyd edilən aylar ərzində rayonun Çərtəyəz, Çöl-Ərəb, Ərəbxana, Sor-Sor və Yenikənd kənd sakini olan 10 təsərrüfatçının etibarından istifadə edərək, aldatma yolu ilə onlara məxsus ümumilikdə 25 iribuynuzlu və 28 xırdabuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişlərə ümumilikdə 21528 manat maddi ziyan vurub. Daha sonra isə həmin heyvanları dəyərindən ucuz qiymətə satan N.Baxşiyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əgər N.Baxşiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş olunur.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Oktyabr 2022, 14:00 (GMT +4)
İlham Əliyev: Qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik

04 Oktyabr 2022, 13:39 (GMT +4)
Lavrov: Ukrayna hakimiyyəti artıq öz neonasizmindən utanmır

04 Oktyabr 2022, 13:31 (GMT +4)
Liviya Parlamenti hökumətin Türkiyə ilə enerji sahəsindəki müqavilələrini qəbul etməyib

04 Oktyabr 2022, 13:22 (GMT +4)
Federasiya Şurası Rusiyaya yeni subyektlərin qəbulu haqqında qanunları yekdilliklə təsdiqləyib

04 Oktyabr 2022, 13:08 (GMT +4)
TƏCİLİ! Zelenski Putinlə danışıqların mümkünsüzlüyünü rəsmən etiraf edib

04 Oktyabr 2022, 12:58 (GMT +4)
Arestoviç Mask və Papanı “aborigen” adlandıraraq, “fikirlərini bitirəcəklərini” vəd edib

04 Oktyabr 2022, 12:56 (GMT +4)
Mingəçevirdə narkotik dövriyyəsinə görə 11 nəfər tutulub

04 Oktyabr 2022, 12:44 (GMT +4)
Türkiyədən Azərbaycana qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

04 Oktyabr 2022, 12:32 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

04 Oktyabr 2022, 12:31 (GMT +4)
Türkiyə Yəməndə atəşkəsin dayanmasına münasibət bildirib

04 Oktyabr 2022, 12:22 (GMT +4)
Ombudsman Gəncənin mərkəzinə ballistik raket atılmasının ildönümü ilə bağlı bəyanat yayıb

04 Oktyabr 2022, 12:10 (GMT +4)
Ceyhun Bayramov Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşüb

04 Oktyabr 2022, 12:00 (GMT +4)
KİV: Ərdoğan Paşinyanla Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcək

04 Oktyabr 2022, 11:52 (GMT +4)
Bakı metrosunda hərəkətdə olan eskalator dayanıb

04 Oktyabr 2022, 11:49 (GMT +4)
NBC: Bayden 2024-cü ildə ikinci müddətə namizəd olmaq niyyətini açıqlayıb

04 Oktyabr 2022, 11:42 (GMT +4)
İranda terrorçuların qatar stansiyasına hücumunun qarşısı alınıb

04 Oktyabr 2022, 11:30 (GMT +4)
MN: Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib

04 Oktyabr 2022, 11:20 (GMT +4)
Britaniya XİN Ukraynaya “qələbəyə qədər” və hərbi əməliyyatlar bitəndən sonra kömək edəcəyinə söz verib

04 Oktyabr 2022, 11:10 (GMT +4)
Azərbaycan və Türkiyə metrologiya sahəsi üzrə əməkdaşlıq edəcək

04 Oktyabr 2022, 10:59 (GMT +4)
Əfqanıstanın şimal-qərbində bir rayon Talibanın nəzarətindən çıxıb

04 Oktyabr 2022, 10:39 (GMT +4)
İraqın Ziqar əyalətində iğtişaşlara görə komendant saatı tətbiq edilib

04 Oktyabr 2022, 10:37 (GMT +4)
Şimali Koreya Yaponiyanın şimal hissəsi tərəfə ballistik raket atıb

04 Oktyabr 2022, 10:25 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının xarici işlər nazirini qəbul edib

04 Oktyabr 2022, 10:15 (GMT +4)
İsmayıllıda 10-cu sinif şagirdi bıçaqlanıb

04 Oktyabr 2022, 10:05 (GMT +4)
Mask «Ukraynanın qələbəsinə» inanmadığını bildirib

04 Oktyabr 2022, 10:02 (GMT +4)
Azərbaycan nefti yenidən bahalaşıb

04 Oktyabr 2022, 09:51 (GMT +4)
Kabildə təhsil mərkəzinə hücumda ölən şiə-həzarə vətəndaşların sayı 53-ə çatıb

04 Oktyabr 2022, 09:50 (GMT +4)
KTM: Son üç ayda ilan sancması ilə 76 nəfər müraciət edib

04 Oktyabr 2022, 09:45 (GMT +4)
Peru mətbuatında Ermənistanın son hərbi təxribatı barədə danışılıb

04 Oktyabr 2022, 09:35 (GMT +4)
Mask Rusiya və Ukrayna arasında münaqişənin həll variantını təklif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66