Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Beş boksçumuz Millətlər Kubokunda yarımfinala yüksəlib

13 Avqust 2022, 16:20 (GMT +4)

Bakı, 13 avqust, SalamNews, R.Nadirli. Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kuboku davam edir. 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 1/4 final mərhələsi başa çatıb.

SalamNews xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin daha 5 boksçusu qüvvəsini sınayıb. Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmmədəli Aşırəliyev (54 kq) rumıniyalı Dani Qriqori ilə üz-üzə gəlib. İlk görüşdə Simon Qloriosonu (İtaliya) mübarizədən kənarlaşdıran həmyerlimiz bu dueldən də qalib ayrılıb – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinalda Lukas Kuçera (Çexiya) ilə döyüşəcək.

50 kq çəkidə mübarizə aparan Tağı Nəsibov rəqibi Nikola Mihailoviç görüşə gəlmədiyindən qalib elan olunub. O, final üçün italiyalı Françesko Krusilla (İtaliya) ilə üz-üzə gələcək.

Məhəmmədəli Qasımzadə (57 kq) də 1/4 final mərhələsini asan qələbə ilə adlayıb. Təmsilçimiz Tisiano Alkiatinin (İtaliya) ardınca Daniel Frankı (Macarıstan) da 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Qasımzadə 1/2 finalda bolqarıstanlı Viktorio İlyevlə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçularımızdan Vaqif Hacıyev (50 kq) Daniel İrofteyə (Rumıniya), Məhəmməd Quliyev (63 kq) Oner Seyilxana (Qazaxıstan) məğlub olaraq, mübarizəni dayandırıblar.

Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 5-ə çatıb. Daha öncə Bilal Nəzərov (46 kq) da 1/4 final səddini keçib. O, yarımfinalda çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gələcək. Eyni çəki dərəcəsində Faiq Mollayev isə Nikolas Bonku (Rumıniya) sınağa çəkəcək.

Qeyd edək ki, 5 boksçumuz yarımfinala yüksəldiyindən onların hər biri özü üçün azı bürünc medalı təmin edib. Mükafatların əyarı növbəti döyüşlərdə bəlli olacaq. Millətlər kubokunda qaliblərin adları isə avqustun 14-də bilinəcək. 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Oktyabr 2022, 13:08 (GMT +4)
TƏCİLİ! Zelenski Putinlə danışıqların mümkünsüzlüyünü rəsmən etiraf edib

04 Oktyabr 2022, 12:58 (GMT +4)
Arestoviç Mask və Papanı “aborigen” adlandıraraq, “fikirlərini bitirəcəklərini” vəd edib

04 Oktyabr 2022, 12:56 (GMT +4)
Mingəçevirdə narkotik dövriyyəsinə görə 11 nəfər tutulub

04 Oktyabr 2022, 12:44 (GMT +4)
Türkiyədən Azərbaycana qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

04 Oktyabr 2022, 12:32 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

04 Oktyabr 2022, 12:31 (GMT +4)
Türkiyə Yəməndə atəşkəsin dayanmasına münasibət bildirib

04 Oktyabr 2022, 12:22 (GMT +4)
Ombudsman Gəncənin mərkəzinə ballistik raket atılmasının ildönümü ilə bağlı bəyanat yayıb

04 Oktyabr 2022, 12:10 (GMT +4)
Ceyhun Bayramov Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşüb

04 Oktyabr 2022, 12:00 (GMT +4)
KİV: Ərdoğan Paşinyanla Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcək

04 Oktyabr 2022, 11:52 (GMT +4)
Bakı metrosunda hərəkətdə olan eskalator dayanıb

04 Oktyabr 2022, 11:49 (GMT +4)
NBC: Bayden 2024-cü ildə ikinci müddətə namizəd olmaq niyyətini açıqlayıb

04 Oktyabr 2022, 11:42 (GMT +4)
İranda terrorçuların qatar stansiyasına hücumunun qarşısı alınıb

04 Oktyabr 2022, 11:30 (GMT +4)
MN: Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib

04 Oktyabr 2022, 11:20 (GMT +4)
Britaniya XİN Ukraynaya “qələbəyə qədər” və hərbi əməliyyatlar bitəndən sonra kömək edəcəyinə söz verib

04 Oktyabr 2022, 11:10 (GMT +4)
Azərbaycan və Türkiyə metrologiya sahəsi üzrə əməkdaşlıq edəcək

04 Oktyabr 2022, 10:59 (GMT +4)
Əfqanıstanın şimal-qərbində bir rayon Talibanın nəzarətindən çıxıb

04 Oktyabr 2022, 10:39 (GMT +4)
İraqın Ziqar əyalətində iğtişaşlara görə komendant saatı tətbiq edilib

04 Oktyabr 2022, 10:37 (GMT +4)
Şimali Koreya Yaponiyanın şimal hissəsi tərəfə ballistik raket atıb

04 Oktyabr 2022, 10:25 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının xarici işlər nazirini qəbul edib

04 Oktyabr 2022, 10:15 (GMT +4)
İsmayıllıda 10-cu sinif şagirdi bıçaqlanıb

04 Oktyabr 2022, 10:05 (GMT +4)
Mask «Ukraynanın qələbəsinə» inanmadığını bildirib

04 Oktyabr 2022, 10:02 (GMT +4)
Azərbaycan nefti yenidən bahalaşıb

04 Oktyabr 2022, 09:51 (GMT +4)
Kabildə təhsil mərkəzinə hücumda ölən şiə-həzarə vətəndaşların sayı 53-ə çatıb

04 Oktyabr 2022, 09:50 (GMT +4)
KTM: Son üç ayda ilan sancması ilə 76 nəfər müraciət edib

04 Oktyabr 2022, 09:45 (GMT +4)
Peru mətbuatında Ermənistanın son hərbi təxribatı barədə danışılıb

04 Oktyabr 2022, 09:35 (GMT +4)
Mask Rusiya və Ukrayna arasında münaqişənin həll variantını təklif edib

04 Oktyabr 2022, 09:26 (GMT +4)
BMT baş katibi Yəməndə atəşkəsin pozulması təhlükəsinə görə İran prezidentinə zəng vurub

04 Oktyabr 2022, 09:25 (GMT +4)
XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib

04 Oktyabr 2022, 09:15 (GMT +4)
Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

04 Oktyabr 2022, 09:10 (GMT +4)
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 2 il ötür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66