Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Polis küçə ticarəti, avara və dilənçiliklə məşğul olanlarla bağlı nəzarət tədbirləri keçirib

13 Avqust 2022, 16:32 (GMT +4)

Bakı, 13 avqust, SalamNews. Yay aylarında kənd təsərrüfatı və digər ərzaq məhsullarından zəhərlənmə riskinin artması nəzərə alınaraq küçə ticarətinin qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SalamNews-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti nəzarət-profilaktiki tədbirlər zamanı yol və səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan, ərzaq məhsullarını heç bir gigiyenik norma və tələb gözlənilmədən elə yolun kənarındaca yığan şəxslər müəyyən edilib. Onlarla ətraflı şəkildə izahedici söhbətlər aparılıb və yalnız müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmağın zəruriliyi barədə xəbərdarlıqlar edilib.

Polis əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı həmçinin, məişət tullantılarının ətrafa atılması faktları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilib.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən eyni zamanda avara və dilənçiliklə məşğul olan şəxslərlə bağlı tədbirlər də təşkil olunub. Bu kimi hallarla bağlı müəyyən edilən şəxslərlə profilaktiki söhbətlər aparılıb və onlar qeydiyyatda olduqları rayonlara göndəriliblər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Oktyabr 2022, 13:22 (GMT +4)
Federasiya Şurası Rusiyaya yeni subyektlərin qəbulu haqqında qanunları yekdilliklə təsdiqləyib

04 Oktyabr 2022, 13:08 (GMT +4)
TƏCİLİ! Zelenski Putinlə danışıqların mümkünsüzlüyünü rəsmən etiraf edib

04 Oktyabr 2022, 12:58 (GMT +4)
Arestoviç Mask və Papanı “aborigen” adlandıraraq, “fikirlərini bitirəcəklərini” vəd edib

04 Oktyabr 2022, 12:56 (GMT +4)
Mingəçevirdə narkotik dövriyyəsinə görə 11 nəfər tutulub

04 Oktyabr 2022, 12:44 (GMT +4)
Türkiyədən Azərbaycana qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

04 Oktyabr 2022, 12:32 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

04 Oktyabr 2022, 12:31 (GMT +4)
Türkiyə Yəməndə atəşkəsin dayanmasına münasibət bildirib

04 Oktyabr 2022, 12:22 (GMT +4)
Ombudsman Gəncənin mərkəzinə ballistik raket atılmasının ildönümü ilə bağlı bəyanat yayıb

04 Oktyabr 2022, 12:10 (GMT +4)
Ceyhun Bayramov Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşüb

04 Oktyabr 2022, 12:00 (GMT +4)
KİV: Ərdoğan Paşinyanla Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcək

04 Oktyabr 2022, 11:52 (GMT +4)
Bakı metrosunda hərəkətdə olan eskalator dayanıb

04 Oktyabr 2022, 11:49 (GMT +4)
NBC: Bayden 2024-cü ildə ikinci müddətə namizəd olmaq niyyətini açıqlayıb

04 Oktyabr 2022, 11:42 (GMT +4)
İranda terrorçuların qatar stansiyasına hücumunun qarşısı alınıb

04 Oktyabr 2022, 11:30 (GMT +4)
MN: Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib

04 Oktyabr 2022, 11:20 (GMT +4)
Britaniya XİN Ukraynaya “qələbəyə qədər” və hərbi əməliyyatlar bitəndən sonra kömək edəcəyinə söz verib

04 Oktyabr 2022, 11:10 (GMT +4)
Azərbaycan və Türkiyə metrologiya sahəsi üzrə əməkdaşlıq edəcək

04 Oktyabr 2022, 10:59 (GMT +4)
Əfqanıstanın şimal-qərbində bir rayon Talibanın nəzarətindən çıxıb

04 Oktyabr 2022, 10:39 (GMT +4)
İraqın Ziqar əyalətində iğtişaşlara görə komendant saatı tətbiq edilib

04 Oktyabr 2022, 10:37 (GMT +4)
Şimali Koreya Yaponiyanın şimal hissəsi tərəfə ballistik raket atıb

04 Oktyabr 2022, 10:25 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının xarici işlər nazirini qəbul edib

04 Oktyabr 2022, 10:15 (GMT +4)
İsmayıllıda 10-cu sinif şagirdi bıçaqlanıb

04 Oktyabr 2022, 10:05 (GMT +4)
Mask «Ukraynanın qələbəsinə» inanmadığını bildirib

04 Oktyabr 2022, 10:02 (GMT +4)
Azərbaycan nefti yenidən bahalaşıb

04 Oktyabr 2022, 09:51 (GMT +4)
Kabildə təhsil mərkəzinə hücumda ölən şiə-həzarə vətəndaşların sayı 53-ə çatıb

04 Oktyabr 2022, 09:50 (GMT +4)
KTM: Son üç ayda ilan sancması ilə 76 nəfər müraciət edib

04 Oktyabr 2022, 09:45 (GMT +4)
Peru mətbuatında Ermənistanın son hərbi təxribatı barədə danışılıb

04 Oktyabr 2022, 09:35 (GMT +4)
Mask Rusiya və Ukrayna arasında münaqişənin həll variantını təklif edib

04 Oktyabr 2022, 09:26 (GMT +4)
BMT baş katibi Yəməndə atəşkəsin pozulması təhlükəsinə görə İran prezidentinə zəng vurub

04 Oktyabr 2022, 09:25 (GMT +4)
XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib

04 Oktyabr 2022, 09:15 (GMT +4)
Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66