The Hill: Ağ Ev, aşağı reytinqlərə baxmayaraq, Baydenin ikinci müddətə namizəd olmaq planlarını açıqlayıb15 Avqust 2022, 16:28 (GMT +4) Bakı, 15 avqust, SalamNews . Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası dövlət başçısının aşağı reytinqlərindən xəbərdardır və onların nə ilə bağlı olduğunu anlayır.
SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Karine Jan-Pyerin sözlərinə görə, hazırki göstəricilər Amerika liderinin 2024-cü ildə keçiriləcək növbəti seçkilərdə iştirak etmək planlarını ləğv etmir.
"Bu barədə daha öncə danışmışıq. Bəli, başa düşürük. Biz Amerika xalqının hazırda nə hiss etdiyini başa düşürük. İnflyasiyanın və yüksək xərclərin azaldılması prezidentin bir nömrəli prioritetidir", deyə Ağ Evin nümayəndəsi vurğulayıb.
Karine Jan-Pyerin qeyd etdiyinə görə, Bayden həqiqətən inflyasiya ilə bağlı problemləri, o cümlədən iqlim, vergilər və səhiyyə ilə bağlı problemləri qanun layihəsi vasitəsilə həll etməyə çalışır.
"Qanun layihəsi inflyasiya ilə mübarizə aparacaq. Bu, həm respublikaçılar, həm də demokratlar tərəfindən sübut edilib", deyə Jan-Pyer əlavə edib.
|