Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Azercell Telecom" abunəçilərinə xəbərdarlıq edib

17 Avqust 2022, 17:53 (GMT +4)

Bakı, 17 avqust, SalamNews. Son vaxtlar bəzi abunəçilər “Azercell Telekom” MMC-nin adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkətin adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblər irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərdən gələn müraciətlər əsasında "Azercell"in apardığı yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı "Azercell" və yaxud şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri hər hansı əməliyyat aparmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Həmçinin, abunəçilərə vaxtaşırı SMS bildirişlərin göndərilməsi, eləcə də, "Azercell"in rəsmi saytı və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə şirkətimiz tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir.

Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:

  • Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;
  • Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;
  • Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;
  • Eləcə də, şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və sairlərdən yararlanmayın;
  • gələn sms, whats app mesajlarındakı şübhəli linklərə keçid etməyin;
  • Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:
  • Rəsmi satış kanalı: www.azercellim.com saytı;
  • Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html ;

Abunəçilər yuxarıdakı linkdən istifadə edərək "Azercell"in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.

- Yarana biləcək hər-hansı sual ilə bağlı yalnız "Azercell" şirkətinin rəsmi əlaqə vasitələrindən birinə müraciət edin:

  • Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
  • Azercell Telefon Mərkəzi:
    - Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə
    - Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və yaxud 2002 qısa nömrəsinə.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Oktyabr 2022, 17:00 (GMT +4)
Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 16:50 (GMT +4)
FHN: Xətai rayonunda yaşayış binasında yanğın başlayıb

01 Oktyabr 2022, 16:40 (GMT +4)
Son sutkada Azərbaycanda 92 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

01 Oktyabr 2022, 16:35 (GMT +4)
"Real" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir

01 Oktyabr 2022, 16:30 (GMT +4)
Azərbaycanın daha 2 rayonunda "KOB dostları" fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 16:19 (GMT +4)
OPEC+ 2020-ci ildən bəri ilk dəfə olaraq oktyabrın 5-də əyani iclas keçirəcək

01 Oktyabr 2022, 16:08 (GMT +4)
Ombudsman Füzuli və Tərtərdəki mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

01 Oktyabr 2022, 16:05 (GMT +4)
Britaniyalılar Baydeni Putinə etdiyi xəbərdarlıqlara görə qınayıblar

01 Oktyabr 2022, 15:55 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

01 Oktyabr 2022, 15:45 (GMT +4)
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Şimal axını”nda təxribat ABŞ üçün faydalıdır

01 Oktyabr 2022, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Sofiyada dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda iştirak edib

01 Oktyabr 2022, 15:33 (GMT +4)
"Napoli"nin müdafiəçisi A seriyasında ayın ən yaxşısı seçilib

01 Oktyabr 2022, 15:31 (GMT +4)
Azərbaycanın ictimai iaşə dövriyyəsinin 65 %-i Bakının payına düşür

01 Oktyabr 2022, 15:21 (GMT +4)
İran İraqın şimalında separatçı kürd qruplaşmalarını yenidən hədəfə alıb

01 Oktyabr 2022, 15:10 (GMT +4)
"Şəhidlər ölməzdir" adlı rəsm sərgisi və müsabiqəsi keçirilib (VİDEO)

01 Oktyabr 2022, 15:05 (GMT +4)
Almaniya MN: Kiyevin NATO-ya daxil olmaq ərizəsi alyansın bütün üzvləri tərəfindən müzakirə olunacaq

01 Oktyabr 2022, 15:02 (GMT +4)
Azərbaycanın üç boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

01 Oktyabr 2022, 15:00 (GMT +4)
Azərbaycan və Qazaxıstan rəqəmsal sahədə birgə layihələr reallaşdıracaqlar

01 Oktyabr 2022, 14:50 (GMT +4)
Əlaqələndirmə Qərargahının ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

01 Oktyabr 2022, 14:40 (GMT +4)
Berluskoni: İtaliyanın yeni hökuməti Rusiyaya qarşı mövqeyini dəyişməməlidir

01 Oktyabr 2022, 14:38 (GMT +4)
BMT Kabildə 32 tələbə və şagirdin ölümünə səbəb olan hücumu pisləyib

01 Oktyabr 2022, 14:20 (GMT +4)
Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

01 Oktyabr 2022, 14:17 (GMT +4)
Arestoviç Ukraynanın 2023-cü ilin iyulunda NATO-ya daxil olacağını proqnozlaşdırıb

01 Oktyabr 2022, 14:10 (GMT +4)
Suraxanıda hərbi sursat aşkar edilib

01 Oktyabr 2022, 14:00 (GMT +4)
Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək

01 Oktyabr 2022, 13:49 (GMT +4)
Almaniya çempionatı: “Bavariya” 4 cavabsız qolla qələbə qazanıb 

01 Oktyabr 2022, 13:38 (GMT +4)
Dövlət başçısı: “Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

01 Oktyabr 2022, 13:30 (GMT +4)
Prezident: Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək

01 Oktyabr 2022, 13:23 (GMT +4)
Kabildə daha bir partlayış törədilib, yaralananlar var

01 Oktyabr 2022, 13:22 (GMT +4)
FİDE reytinqi: Şəhriyar Məmmədyarov “10-luğ”u tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66