Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıdakı Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edəcək

18 Avqust 2022, 15:56 (GMT +4)

Bakı, 18 avqust, SalamNewsSentyabrın 6-dan 8-dək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” keçiriləcək.

Bu barədə SalamNews-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra sərgi yenidən təşkil edilir.

Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycanın və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək.

26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” sərgisi müzəffər ordumuzun bu qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci və üçüncü zallarında yerləşdiriləcək. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.

“ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.

Sərgidə təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.

“ADEX” ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Qeyd olunan sərgi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.

“Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edəcək. Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edəcəklər", - məlumatda qeyd olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Sentyabr 2022, 19:50 (GMT +4)
TƏCİLİ: ABŞ Rusiyaya dəstək verən Ermənistan şirkətinə sanksiya tətbiq edib

30 Sentyabr 2022, 19:21 (GMT +4)
TƏCİLİ! Zelenski NATO-ya sürətləndirilmiş qaydada üzvlüklə bağlı ərizəni imzalayıb

30 Sentyabr 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Zəngəzur küçəsi təmir edilir

30 Sentyabr 2022, 17:52 (GMT +4)
Kadırov etiraf edib ki, xüsusi əməliyyat zamanı onun xoşuna gəlməyən məqamlar var

30 Sentyabr 2022, 17:50 (GMT +4)
Vətəndaşların Qəbulu Mərkəzində 1 700-dən çox şəxsə xidmət göstərilib

30 Sentyabr 2022, 17:47 (GMT +4)
Putin Qərbin qurduğu birqütblü dünyanı “antidemokratik” və “ikiüzlü” adlandırıb

30 Sentyabr 2022, 17:43 (GMT +4)
Korotçenko: Əgər Paşinyan Rusiyaya xəyanət etsə, Azərbaycanı cilovlamaq lazım deyil

30 Sentyabr 2022, 17:40 (GMT +4)
Azərbaycanda 4 şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

30 Sentyabr 2022, 17:38 (GMT +4)
İranın Zahidan şəhərində Polis İdarəsinə silahlı hücum edilib, ölənlər var

30 Sentyabr 2022, 17:31 (GMT +4)
Orban: Avropa siyasətçilərinin sanksiya səhvlərini düzəltmək şansı var

30 Sentyabr 2022, 17:21 (GMT +4)
Donbasın və «işğaldan azad edilmiş» digər ərazilərin Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb

30 Sentyabr 2022, 17:20 (GMT +4)
Mədəniyyət Nazirliyi Göyçaydakı Uşaq Musiqi Məktəbi ilə bağlı məlumat yayıb

30 Sentyabr 2022, 17:10 (GMT +4)
Dövlət başçısı: Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir

30 Sentyabr 2022, 17:05 (GMT +4)
Bolqarıstanda Prezident İlham Əliyevin şərəfinə nahar verilib

30 Sentyabr 2022, 17:00 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

30 Sentyabr 2022, 16:55 (GMT +4)
İran ABŞ tərəfindən bir PUA-sının vurulmasına münasibət bildirib

30 Sentyabr 2022, 16:48 (GMT +4)
Putin Kiyevi dərhal atəşi dayandırmağa və danışıqlar masasına oturmağa çağırıb

30 Sentyabr 2022, 16:40 (GMT +4)
Son sutkada Azərbaycanda 129 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

30 Sentyabr 2022, 16:34 (GMT +4)
Lavrov: MDB ölkələrindən heç biri ABŞ-ın müdaxiləsindən sığortalanmayıb

30 Sentyabr 2022, 16:30 (GMT +4)
MN: "Birinci zabit komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib (FOTO)

30 Sentyabr 2022, 16:23 (GMT +4)
AMEA işçilərinin say həddi məlum olub

30 Sentyabr 2022, 16:11 (GMT +4)
Merkel: Rusiya gələcəkdə Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsi olmalıdır

30 Sentyabr 2022, 16:10 (GMT +4)
FHN: Qəbələdə əməyin təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib 

30 Sentyabr 2022, 16:04 (GMT +4)
Bill Qeyts dünya ölkələrinin Rusiyadan gələn enerji daşıyıcılarından imtina etməsi ilə bağlı proqnoz verib

30 Sentyabr 2022, 16:00 (GMT +4)
ETN: Məktəbəhazırlıq qruplarında dərslər oktyabrın 3-də başlayacaq

30 Sentyabr 2022, 15:48 (GMT +4)
ABŞ rəsmisi: Növbəti Amerika hökumətinin nüvə sazişindən çıxmayacağına zəmanət verə bilmərik

30 Sentyabr 2022, 15:45 (GMT +4)
Azərbaycan bankları arasında sentyabrda 727 milyon manatlıq əqd bağlanılıb

30 Sentyabr 2022, 15:42 (GMT +4)
Kreml: Kiyev danışıqlar yolundan çıxdı, xüsusi əməliyyat davam edir

30 Sentyabr 2022, 15:35 (GMT +4)
Tramp Rusiya ilə Kiyev rejimi arasında “danışıqlar”da vasitəçi olmaq istəyir

30 Sentyabr 2022, 15:25 (GMT +4)
Sabahdan Bakıda arıçılıq məhsullarının yarmarkası fəaliyyətə başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66