Somali paytaxtında kamikadzelər yüksək rəsmilərin olduğu otelə hücum ediblər (VİDEO)
20 Avqust 2022, 09:39 (GMT +4)
Bakı, 20 avqust, SalamNews, B.Samid. Somali paytaxtı Moqadişoda yüksək rəsmilərin olduğu otelə “Əş-Şəbab” qruplaşması tərəfindən hücum edilib. Ölənlər var.
SalamNews “Əs-Sumal əl-Youm” saytına istinadən xəbər verir ki, ötən gecə Moqadişoda yüksək rəsmilərin olduğu otelə kamikadzelər tərəfindən hücum həyata keçirilib.
Sayt təhlükəsilik mənbələrinə istinadən xəbər verrib ki, ilk mərhələdə kamikadzelər idarə etdikləri iki minalanmış maşını otel ərazisində partladıblar. Daha sonra digər terrorçular otelə hücum ediblər.
İlkin məlumata görə ölən və yaralananlar var. Moqadişonun Beynəlxalq hava limanı yaxınlığında yerləşən otelə edilən bu hücumda Somalinin Kəşfiyyat Baş İdarəsinin sədri yaralanıb.
Somalinin təhlükəsizlik qüvvələri oteli mühasirəyə alıblar. Girov haqda məlumat verilmir.
Bu hücumu “Mücahidin Əş-Şəbab” terror qruplaşması üzərinə götürüb.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.