Çexiyanın keçmiş xarici işlər naziri: Rusiya ilə müharibə gözləntiləri gülüncdür, lakin...25 Avqust 2022, 10:44 (GMT +4) Bakı, 25 avqust, SalamNews . Çexiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri və BMT Baş Assambleyasının keçmiş sədri Yan Kavan Moskva ilə Praqa arasında mümkün toqquşma ilə bağlı bəyanatların gülünc olduğunu bildirib.
SalamNews xəbər verir ki, bu barədə "RİA Novosti" "Universum" radiosuna istinadən xəbər verir.
Onun sözlərinə görə, hazırda Çexiya üçün əsas təhlükə Ukraynaya silah göndərməkdir.
Kavan hesab edir ki, zaman keçdikcə hərbi yardım Praqaya getdikcə baha başa gələcək, Çexiya vətəndaşlarının həyat səviyyəsinə təsir edəcək və qiymətlərin növbəti dəfə artmasına səbəb olacaq.
O əlavə edib ki, Ukraynaya silah göndərilməsi səbəbindən Çexiyanın müdafiə balansında çox az şey qalıb.
|