Bağdadda silahlı toqquşmaların qurbanlarının sayı 20 nəfərə çatıb30 Avqust 2022, 10:06 (GMT +4) Bakı, 30 avqust, SalamNews. İraq paytaxtının mərkəzində yerləşən Yaşıl Zonada silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 20-yə çatıb.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bundan öncə media İraq paytaxtının “yaşıl zonası”nda bazar ertəsi günortadan sonra başlayan və indiyədək davam edən qarşıdurmalar zamanı 15-ə yaxın şəxsin həlak olduğunu bildirib. 300-dən çox şəxs yaralanıb.
|