Oman Sultanlığı Suriyanı Ərəb Dövlətləri Liqasına geri çağırmağı istəyib07 Sentyabr 2022, 10:41 (GMT +4) Bakı, 7 sentyabr, SalamNews, B.Samid. Oman Sultanlığı rəsmi Dəməşqi Ərəb Dövlətləri Liqasına qaytarmağın vaxtı çatdığını bildirib.
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bunu Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həmd əl-Busaidi çərşənbə axşamı Misirdə Ərəb Dövlətləri Liqası Şurasının 158-ci sessiyasının iclasında iştirak edərkən deyib.
O deyib: “Sultanlıq ərəb həmrəyliyinin bərpasını səbirsizliklə gözləyir. Bu Suriyanın Ərəb Dövlətləri Liqasındakı kürsüsünə qayıtması ilə baş tutacaq.”
Qeyd edək ki, təxminən üç il əvvəl ərəb dövlətlərinin Suriya ilə əlaqələri normallaşdırma prosesi başlayıb. Ərəb Liqasının 2011-ci ilin noyabrında rəsmi Dəməşqin üzvlüyü dayandırılıb. Qarşıda gələn noyabrda Əlcəzairdə keçiriləcək ərəb zirvə sammitinə rəsmi Dəməşqin qayıtması məsələsi gündəmdədir və müzakirə edilir.
|