Mobil versiya RU AZ
_




DÜNYA » DİN

İraqın baş naziri Ərbəin ziyarətinin təşkilinə nəzarət məqsədilə Kərbəlaya gedib

14 Sentyabr 2022, 11:21 (GMT +4)

Bakı, 14 sentyabr, SalamNews, B.Samid. İraqın baş naziri Mustafa əl-Kazimi Ərbəin ziyarətinin təşkili prosesinə nəzarət məqsədilə Kərbəla əyalətinə gedib.

SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisindən məlumat verilib.

Baş nazir Mustafa əl-Kazimi bu gün Kərbəlaya çatandan sonra Ərbəin ziyarətinin təşkili, xüsusilə də təhlükəsizliklə bağlı tədbirlər haqda maraqlanıb.

Qeyd edək ki, İraqın Kərbəla əyalətinin valiliyindən KİV-lərə, bu ilin Ərbəin mərasiminə 20 milyona yaxın insanın qatılacağı barədə məlumat daxil olub.

Həmçinin ölkədə siyasi böhranın hökm sürdüyü vaxtda Ərbəin ziyarətinə qatılanların terror hücumları və təxribatlarla hədəfə alınması məsələsi də İraq rəhbərliyini narahat edən məsələlərdəndir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN: İraq və Suriyadan gətirilən 57 şəxsə reabilitasiya xidməti göstərilir

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regional Hökumətinin başçısı ilə görüşüb

İraqda İŞİD-in altı təhlükəli üzvü ələ keçib

İraq hökuməti oğurlanmış milyardlarla dollar puldan 80 milyonu ölkəyə geri gətirdiyini bildirib

İraqın şimalında Türkiyə hərbçilərinin olduğu qərargah raket hücumuna məruz qalıb

Suriya və İraq əl-Qaim sərhəd keçidindən yüklərin qarşılıqlı daşınmasına başlayıblar

Suriya-İraq sərhədində İran yük maşınlarına hava zərbələri endirilib

Mərakeş İraqda səfirliyini yenidən açıb

İraq baş naziri: ABŞ və İran arasında istənilən gərginlik ölkəmizə mənfi təsir göstərir

İraq Ukraynadakı səfirliyini bağlayıb

İraq və Fransa strateji əməkdaşlıq müqaviləsi imzalayıb

İraq və Suriya arasında quru yolla daşınmalar üç ildən sonra bərpa edilib

İraq millisi körfəz ərəb ölkələri üzrə futbol turnirinin qalibi olub (VİDEO)

İraqda stadion qarşısında izdiham yaşanıb, ölən və xəsarət alanlar var (FOTO)

İraq İranla Misir arasında dialoq təklif edib

Sel suları Kərbəla və Nəcəf də daxil olmaqla İraqın bir sıra əyalətlərinə ziyan vurub

İraqda 600 nəfərin kütləvi qətlində ittihamlandırlan İŞİD üzvünə hökm oxunub

İraq kəşfiyyatı 100 tarixi ekspanatın ölkədən çıxarılmasının qarşısını alıb

İraqın şərqində İŞİD-in hücumu nəticəsində səkkiz mülki şəxs həlak olub

İordaniyada İraqla bağlı zirvə toplantısı keçirilir


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66