İraqın rəsmi mənbəsi Ərbəin ziyarətinə qatılanların sayını açıqlayıb16 Sentyabr 2022, 13:27 (GMT +4) Bakı, 16 sentyabr, SalamNews, B.Samid. “Bu il öncəki illərlə müqayisədə Ərbəin yürüşü və ziyarətinə daha çox zəvvar qatılıb. İlk dəfədir ki bu qədər zəvvar var. Xarici zəvvarların sayı beş milyondur. Ümumilikdə 20 milyon zəvvar Ərbəinə qatılıb.”
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bunu İraq Ordusunun Baş Qərargahının mətbuat katibi briqada generalı Yəhya Rəsul deyib.
Y.Rəsul Ərbəin ziyarətinin təhlükəsizliyinin təmin edilməsi planı və tədbirləri haqda keçirilən brifinq zamanı deyib:
“İlk dəfədir ki, çoxlu sayda ziyarətçi var. Xarici zəvvarların sayı da çoxdur. Onlar beş milyondur. Zəvvarların ümumi sayı isə 20 milyona çatıb”.
O, əlavə edib: "Ordu və Daxili İşlər Nazirliyinin çoxlu sayda bölmələri, eləcə də ordu aviasiyasının təmsil etdiyi hava qüvvələri bu böyük ziyarətin təhlükəsizliyini təmin edirlər.”
|