Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Kərbəlada Ərbəin mərasimi başlayıb (VİDEO)

17 Sentyabr 2022, 09:37 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Zəvvarların bir neçə gün piyada yol qət etmələrindən sonra bu gün Kərbəlada İmam Hüseynin məzarı və onun ətrafında Ərbəin mərasiminin keçirilməsinə start verilib.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İmam Hüseynin Ziyarətgahı İdarəsi Kərbəlada Ərbəin mərasiminin başladığını bildirib.

Məlumata görə, 30 min təhlükəsizlik qüvvəsinin və 5 mindən çox səhiyyə işçisinin cəlb edilməsilə Ərbəin yürüşü və mərasimi təhlükəsiz vəziyyətdə davam edir.

Bu gün Kərbəlada Ərbəin ziyarətnaməsini milyonlarla insan birgə şəkildə oxuyacaqlar.

Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun Mətbuat xidmətindən verilən son məlumata görə, Ərbəin ziyarətinə 20 milyon insan qatılıb ki, onların azı beş milyonu xarici zəvvardır.

Qeyd edək ki, Ərbəin ziyarəti İmam Hüseynin qırxından beş-on gün öncə, bəzən də bir ay öncə zəvvarların Kərbəla istiqamətində piyada yola düşməsi ilə başlayır. Zəvvarlar adətən səfər ayının 15-dən 20-ə kimi Nəcəfdən Kərbəlaya olan 80 km-lik yolu piyada qət edərək, hər zaman İmam Hüseynə və onun ilahi missiyasına sadiq qaldıqlarını nümayiş etdirirlər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nəcəf, Kərbəla və Məşhəd xanım Zəhranın (s.ə) şəhadəti günündə (VİDEO)

Sel suları Kərbəla və Nəcəf də daxil olmaqla İraqın bir sıra əyalətlərinə ziyan vurub

Kərbəla Məhəmməd Peyğəmbərin (s) mövludu ərəfəsində (VİDEO)

İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi Ərbəin ziyarətinin uğurla başa çatdığını bildirib

Azərbaycan məscidlərində Ərbəin mərasimləri keçirilib (FOTO)

Kərbəlada Ərbəin ziyarətində rekord rəqəm qeydə alınıb, zəvvarların sayı 21 milyonu keçib

İraq Ərbəin ziyarətinin təhlükəsizlik şəraitində başa çatmaq üzrə olduğunu bildirib

Ərbəin günündə İmam Hüseyn (ə) hərəminin səmadan möhtəşəm görüntüləri (FOTO,VİDEO)

Bu gün səfər ayının iyirmisi hüznlü Ərbəin günüdür

Kərbəla şəhəri Ərbəin ərəfəsində (FOTO)

İraqın rəsmi mənbəsi Ərbəin ziyarətinə qatılanların sayını açıqlayıb

Ərbəin ziyarəti azərbaycanlı zəvvarların kameralarında (FOTO)

Azərbaycan şəhidləri Nəcəf-Kərbəla yolunda keçirilən Ərbəin yürüşündə anılıb (VİDEO)

Kərbəla və İmam Hüseynin hərəminə aid 100 il öncənin nadir görüntüləri yayımlanıb (VİDEO)

İraqın baş naziri Ərbəin ziyarətinin təşkilinə nəzarət məqsədilə Kərbəlaya gedib

Azərbaycanlı zəvvarların İran-Türkiyə sərhədində Ərbəin əzadarlığı (VİDEO)

İraqda daha iki əyalət Ərbəin ziyarətinə görə tətil elan edib

KİV: Bu ilin Ərbəin ziyarətinə qatılanların sayı gözlənildiyindən çoxdur

Səkkiz yüz min Ərbəin zəvvarı Kərbəlanı ziyarət edərək ölkələrinə geri dönüblər

Ayətullah Xamenei Ərbəin ziyarətinin təşkilinə görə iraqlılara təşəkkür edib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66