İraq Ərbəin ziyarətinin təhlükəsizlik şəraitində başa çatmaq üzrə olduğunu bildirib17 Sentyabr 2022, 14:21 (GMT +4) Bakı, 17 sentyabr, SalamNews, B.Samid. “Ərbəin ziyarətinin təhlükəsizlik tədbirləri planı İŞİD-in bütün təxribatlarını məhv etdi. Ərbəin ziyarəti başa çatmaq üzrədir və zəvvarlar Kərbəladan əks istiqamətlərdə geri dönürlər.”
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bunu İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığının sədr müavini polkovnik Əbdüləmir Əl-Şimməri deyib.
Ərbəin ziyarətinin təhlükəsizlik və xidməti sahələr üzrə tədbirlərinə baş çəkən İraq hərbi rəsmisi bildirib ki, görülən tədbirlər İŞİD-in təxribatlarını məhv edib.
Təhlükəsizlik tədbirlərinin uğurlu olduğunu deyən İraq hərbi rəsmisi zəvvarların tədricən Kərbəladan əks istiqamətlərdə geri döndüklərini bildirib.
İraq Ordusunun rəsmisi müvafiq qurumlara təşəkkür edib.
Qeyd edək ki, Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun mətbuat xidmətinin son məlumatına görə bu ilin Ərbəin ziyarətinə 20 milyon insan qatılıb ki, onların azı beş milyonu xarici zəvvarlardır.
|