Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

İordaniya kralı İsrail baş naziri ilə görüşdə Qüds və əl-Əqsa məscidinin vəziyyətini gündəmə gətirib

21 Sentyabr 2022, 09:58 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews, B.Samid. İordaniya kralı II Abdullah Yair Lapid ilə görüş zamanı işğal altında olan İordan çayının qərb sahilində hərtərəfli sabitliyə çağırıb.

SalamNews xarici mətbuata istinadən xəbər verir ki, İsrail baş naziri Yair lapid və İordaniya kralı II Abdullah Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci iclasının çərçivəsində görüşüblər.

İordaniya kralı II Abdullah qarşıdakı dövrdə İordan çayının qərb sahilində hərtərəfli sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Kral Abdullah bildirib ki, Qüds şəhərində, onun İslam və Xristian dünyasına aid müqəddəs yerlərində tarixi-hüquqi vəziyyətə və status-kvoya hörmət etmək lazımdır.

İordaniya Kralı bölgədə təhlükəsizlik və sabitliyə gətirib çıxaracaq iki dövlətli həll yolu əsasında ədalətli və hərtərəfli sülhə nail olmaq üçün siyasi üfüq tapmağa çağırıb.

O, fələstinlilərin ədalətli və qanuni hüquqlarını əldə etmələrinin və onların regionda iqtisadi inkişafın bir hissəsi olmalarının vacibliyini vurğulayıb.

Kral Abdulla Lapidlə görüşdə nəqliyyat, ticarət, su və enerji ilə bağlı bir sıra ikitərəfli məsələləri də müzakirə edilib.

Qeyd edək ki, ötən aylarda İordan çayının qərb sahili fələstinlilərlə İsrail ordusu arasında gərginliyin şahidi olub. İsrail işğal altında saxladığı bu bölgəyə əlavə 20 min hərbi qüvvə ezam etmək niyyətini açıqlayıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABŞ prezidenti İordaniya kralı ilə görüşdə Qüdsdəki gərgin vəziyyəti müzakirə edib

İsrailin müdafiə naziri Qüds hücumuna görə ABŞ-a səfərini yarıda qoyub

Qüdsdə sinaqoq yaxınlığında həyata keçirilən hücumda azı 8 nəfər ölüb

İsrailin baş naziri İordaniyaya elan edilməmiş səfərə gedib 

İordaniya 12 ədəd F-16 qırıcının satın alınması ilə bağlı ABŞ-la müqavilə imzalayıb

ABŞ İsrail üzrə Qüdsdə açdığı səfirlik qərarını dəyişməyəcəyini bildirib

İordaniya İsrailə nota verib

Bu gün İordaniyada “Bağdad-2” zirvə toplantısı keçirilir

İordaniyada etiraz və iğtişaşlar fonunda daha üç hərbçi həyatını itirib

İordaniyada İraqla bağlı zirvə toplantısı keçirilir

İordaniya kralı yanacağın bahalaşması ilə bağlı etiraz və iğtişaşlara münasibət bidlirib

İordaniyada etiraz və iğtişaşlarda azı 44 nəfər saxlanılıb

İordaniyada yanacağın bahalaşması ilə bağlı etiraz və iğtişaşlarda ölənlər var

İsrailin məhdudiyyətlərinə baxmayaraq Qüdsdə cümə namazına 50 min insan qatılıb

Qüds partlayışlarında ölən və yaralananların sayı artıb

Qüdsdə iki ardıcıl partlayış baş verib, yaralananlar var

Lavrov İordaniyadan sonra Birləşmiş Ərəb Əmirliklərinə gedib

Mənbə: Böyük Britaniya səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək fikrindən daşınıb

Nablus və Qüdsdə İsrail qüvvələri ilə atışmada ölən və yaralananlar var

Fələstin Avstraliyanın Qüdslə bağlı qərarını alqışlayıb


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66